İxracatçılar malların pulunu bir neçə günə alacaqlar - RAZILAŞMA
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, Azexport.az portalı və Bank VTB - Azərbaycan arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
"Marja" xəbər verir ki, Memarandumu Azexport portalının rəhbəri Zaur Qardaşov və Bank VTB - Azərbaycanın idarə heyətinin rəhbəri Yevqeniy Kirin imzalayıblar.
Qeyd edək ki iki qurum arasında imzalanan memorandumun məqsədi VTB Bank qrupun təmsil olunduğu bir sıra ölkələrdə Azərbaycan ixracatçıları üçün yeni ixrac maliyyəsi imkanlarının təqdim edilməsi, birgə tədbirlərin və konfransların təşkili, biznes missiyaların təşkili, Azexport.az portalının imkanları barədə məlumat mübadiləsi, eyni zamanda yeni sığorta, nəqliyyat və logistika imkanlarının təqdim edilməsi nəzərdə tutulur.
Azexport portalının rəhbəri Zaur Qardaşov yeni əməkdaşlıq sənədinin Azexport portalının işinə böyük töhfə verəcəyini vurğulayıb:
“Məlum olduğu kimi, Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün ənənəvi olaraq əsas bazarlardan biri kimi qalır. Araşdırmalar göstərir ki, ənənəvi bazarlara və yarmarkalara nisbətən market zəncirləri və digər dövlət və özəl satınalma müqavilələri daha çox əlavə dəyər təmin edən və etibarlı satış kanallarıdır. Bununla belə, Azərbaycan məhsullarının bu cür kanallarla satışına maneə yaradan amillərdən biri də göndərilən malların pulunun dövrü olaraq 60-90 gün müddətində ödənilməsidir ki, bu da öz növbəsində bir çox hallarda ixracatçı üçün fasiləsiz təchizatı təmin etməkdə çətinlik yaradır.”
Zaur Qardaşov əlavə edib ki, bu istiqamətdə Azərbaycanlı ixracatçılara dəstək olmaq, o cümlədən məhsullarını daha yüksək qiymətə satmaq və davamlı tərəfdaşlarla müqavilələr imzalamaq məqsədilə, Azexport, VTB Bankla birlikdə Rusiyanın mağaza zəncirləri və digər potensial müştərilərlə əməkdaşlıq çərçivəsində həmin şəxslərə mal göndərmək istəyən ixracatçılara qısa müddətli maliyyə vəsaiti təqdim edəcək. İxracatçılar fasiləsiz təchizatı təmin etmək məqsədilə, göndərilən malların dəyərini bir neçə gün müddətində bank vasitəsilə ala biləcəklər.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Bank VTB - Azərbaycanın idarə heyətinin rəhbəri Yevqeniy Kirin də əlavə edib ki, VTB (Azərbaycan) – 20-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq maliyyə qrupunun üzvüdür:
“Bankımızın əsas məqsədlərindən biri Azərbaycan biznesinə yeni bazarlara çıxışda yardım etməkdir. Əminəm ki, memorandumun imzalanması Azərbaycan-Rusiya ixracatçılarının maliyyə imkanlarını genişləndirməyə və sahibkarlıq fəaliyyətini stimullaşdırmağa imkan verəcək.”
Əlavə edək ki, Azexport portalı əlverişli maliyyə alətlərini təqdim etmək üçün digər ölkələrin bankları o cümlədən, Emirates NBD, Deutsche Bank və Raiffeisen kimi banklarla əməkdaşlığa dair danışıqlar aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 13 d. əvvəl
-
-
21 d. əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
33 d. əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
40 d. əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
49 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
2 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın


















.jpg)




