Neft Fondunun büdcəsində 500 milyon dollarlıq profisit yaranıb
"Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ildə fəaliyyəti uğurlu sayıla bilər. Dünya bazarlarındakı xam neft qiymətlərinin aşağı düşməsinə və bunun mənfi nəticəsi olaraq neft gəlirlərinin azalmasına baxmayaraq, ölkədə maliyyə sabitliyinin təmin edilməsi istiqamətində Fondun rolu əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2016-cı ildə neftin qiymətlərindən asılı olmadan Fond tərəfindən dövlət büdcəsinə transfert ilə bağlı öhdəliklər vaxtında icra edilib, vacib infrastruktur və sosial əhəmiyyəti olan layihələrin maliyyələşdirilməsi davam etdirilib".
Bunu ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, 2015-ci ilin sonunda uzunmüddətli dövrdə diversifikasiya olunmuş investisiya portfelinin qurulması prosesinin bir hissəsi olaraq Fondun investisiya siyasətinə bir sıra dəyişikliklər edilib: "Bu dəyişikliklərə əsasən risk və gəlirlilik arasındakı nisbət daha riskli və eyni zamanda daha gəlirli investisiya alətlərinin xeyrinə dəyişib. Belə ki, daşınmaz əmlaka yatırımların investisiya portfelindəki payı iki dəfə - 5%-dən 10%-ə, səhmlərə yatırımların investisiya portfelindəki payı isə 10%-dən 15%-dək artırılıb. Bu dəyişiklik nəticəsində daşınmaz əmlaka həm birbaşa, həm də daşınmaz əmlak fondları vasitəsi ilə edilən yatırımların həcmi artıb. 2016-cı ildə Milan şəhərində yerləşən "Palazzo Turati" ofis kompleksinin satın alınması başa çatdırılıb. Eyni zamanda, daşınmaz əmlak fondlarına olan yatırımlar əhəmiyyətli dərəcədə artıb, özəl səhm fondlarına investisiyalar edilib. Bununla yanaşı, səhm yatırımlarının da investisiya portfelindəki payı artırılıb".
İcraçı direktorun sözlərinə görə, nəzərə almaq lazımdır ki, Fondun 2016-cı il büdcəsində neftin qiyməti 25 ABŞ dolları səviyyəsində götürülüb. "Neftin orta çəkili satış qiymətinin il ərzində proqnoza nisbətən daha yuxarı 41,9 ABŞ dolları təşkil etməsi ilə əlaqədar Fondun gəlirləri 5,9 milyard ABŞ dolları və yaxud 9,4 milyard manat səviyyəsində olub. Eyni zamanda büdcə xərcləri 5,4 milyard ABŞ dolları və yaxud 9 milyard manat təşkil edib. Beləliklə, ilin sonuna Dövlət Neft Fondunun büdcəsində təxminən 0,5 milyard ABŞ dolları profisit yaranıb. İl boyunca Fondun investisiya portfelinə daxil olan valyutaların ABŞ dollarına qarşı ucuzlaşması səbəbindən Neft Fondunun 0,9 milyard ABŞ dolları məbləğində məzənnə fərqi ilə bağlı büdcədənkənar xərcləri yaranıb, bu da ilin əvvəlinə nisbətən Fondun aktivlərində 0,4 milyard ABŞ dolları həcmində azalmaya səbəb olub", - deyə Ş. Mövsümov bildirib.
Müsahibənin tam mətni bir qədər sonra saytımıza yerləşdiriləcək.
© APA
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 17 d. əvvəl
-
1 saat əvvəl
ABŞ–İran arasında gərginliyin azalması fonunda neft qiymətləri 4%-dən çox düşüb
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Qızıl daha da ucuzlaşdı - Qiyməti düşməkədə davam edir
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
Ən çox oxunanlar
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir












.png)












