“Yapı Kredi Bank Azərbaycan”da vəziyyət necədir?
“Yapı Kredi Bank Azərbaycan” 2018-ci ilin birinci yarısını 1 milyon 401 min manat xalis mənfətlə başa vurub. Halbuki Bank, 2017-ci ilin birinci yarısını 3 milyon 286 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, Bankın qazancı 2,3 dəfə azalıb.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Yapı Kredi Bank Azərbaycan”ın faiz gəlirləri ötən ilin yanvar-iyun dövrünə nisbətən 1,6% artaraq 16 milyon 926 min manat təşkil edib. 2017-ci ilin ilk 6 ayında Bankın faiz gəlirləri 16 milyon 653 min manat təşkil etmişdi.
“Yapı Kredi Bank Azərbaycan”ın qeyri-faiz gəlirləri ötən ilin yanvar-iyun dövrünə nisbətən 36,5% azalaraq 8 milyon 493 min manat təşkil edib. Bank 2017-ci ilin ilk 6 ayında 13 milyon 380 min manat qeyri-faiz gəlirləri əldə etmişdi.
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar çox artmayıb. Əgər ötən iln 6 ayında ehtiyatlara 5 milyon 255 min manat ayırılmışdırsa, bu ilin 6 ayı ərzində 5 milyon 626 min manat ayırılıb.
Müqayisə olunan dövrdə “Yapı Kredi Bank Azərbaycan”ın faiz xərcləri 4 milyon 753 min manatdan 2 milyon 692 min manata, qeyri-faiz xərcləri isə 16 milyon 861 min manatdan 15 milyon 91 min manata düşüb.
Bankın qeyri-faiz gəlirləri azalmasının təsiri ilə vergidən əvvəlki mənfəət 3 milyon 163 min manatdan 2 milyon 10 min manata geriləyib. “Yapı Kredi Bank Azərbaycan” 609 min manat mənfəət vergisi ödəyib.
Son bir ildə “Yapı Kredi Bank Azərbaycan” 111 milyon 164 min manat və ya 21,5% kiçilərək cəmi aktivləri 406 milyon 825 min manata düşüb. Bank 30 İyun 2018-ci il tarixində 517 milyon 989 min manat cəmi aktivlərə malik idi. Bankın müştərilərə verdiyi kreditlər 175 milyon 546 min manatdan 161 milyon 262 min manata geriləyib.
“Yapı Kredi Bank Azərbaycan” ın banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitləri 3,1 dəfə artıb. Ötən ilin İyun ayının sonunda 46 milyon 346 min manat təşkil etmiş depozitlər 2018-ci ilin İyun ayında 145 milyon 922 min manata çatıb.
2017-ci ilin birinci yarısı ilə müqayisədə cari ilin birinci yarısında “Yapı Kredi Bank Azərbaycan” ın depozit portfeli 19% azalaraq 307 milyon 39 min manata düşüb. Hüquqi şəxslərin tələbli depozitləri 266 milyon 650 min manatdan 197 milyon 792 min manata, fiziki və hüquqi şəxslərin müddətli depozitləri 78 milyon 35 min manatdan 71 milyon 602 min manata geriləyib.
30 İyun 2018-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan” 65 milyon 750 min manat məcmu kapitala malik olub.
Rəqəmlərdən görünür ki, bir çox banklar kimi, “Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli, gəlirləri azalmaqda davam edir. Bankda ehtiyatlara ayırmalar da başa çatmayıb. “Yapı Kredi Bank Azərbaycan” xalis mənfəət əldə etsə də, kəskin azalıb. Bütün bunlar əməliyyat şəraitinin çətinliyinə işarədir.
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
"Rabalon" şirkəti "AgroDairy" şirkətində "ServiceDesk Plus"ın bulud inteqrasiyasını uğurla həyata keçirib
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
15 d. əvvəl
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
- 23 d. əvvəl
-
31 d. əvvəl
Apple 2027-ci ilədək ən azı 5 yeni iPhone təqdim etməyi planlaşdırır
- 34 d. əvvəl
-
1 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
-
1 saat əvvəl
“SOCAR CAPE” dövlət ixracatçılarının ilk onluğuna daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ukraynanın Rusiyanın "LUKOYL" neft emalı zavoduna zərbələri nəticəsində güclü yanğın başlayıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Apple 2027-ci ilədək ən azı 5 yeni iPhone təqdim etməyi planlaşdırır
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
“SOCAR CAPE” dövlət ixracatçılarının ilk onluğuna daxil olub
Ən çox oxunanlar
İyulun 3-də gözlənilən hava şəraiti
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
Ukraynanın Rusiyanın "LUKOYL" neft emalı zavoduna zərbələri nəticəsində güclü yanğın başlayıb
“Azərenerji” ixracını təxminən 2 dəfə artırıb
ARDNŞ-in idarəsi dövlət ixracatçılarının ilk onluğundakı ümumi geriləmənin əsas səbəblərindən biridir
"Sea Breeze"də "Caspian Motor Show 2026"keçirilib - FOTOLAR
Unicapital “SİMA İmza”nın biometrik imzalama həllindən istifadə edən ilk investisiya şirkəti oldu
AZAL-ın ixrac göstəricisi 7,6% azalıb



















