Qurban bu dəfə Renault oldu
ABŞ rəhbərliyinin İrana embarqo tətbiq etməyə hazırlaşması, 15 ildir bu ölkədə avtomobil istehsal edən Renault-ı da vurmaq üzrədir. Renault İrandan çıxıb Afrikaya üz tutmağı planlaşdırır. Renault-un İrandakı bazar payı 8 faiz səviyyəsindədir.
ABŞ rəhbərliyinin İrana embarqo tətbiq edəcəyi barədə qərarı dünya nəhəngi şirkətlərə mənfi təsir etməyə davam edir. ABŞ Prezidenti Donald Trampın verdiyi qərarlar səbəbindən bu dəfə Renault İran planlarını dəyişmək məcburiyyətində qalıb.
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, Renault-un Amerikada bir bazarı olmasa da, ortağı Nissan-ın ABŞ-dakı mövcudluğu Fransa nəhəngini İrandan çıxmağa məcbur edir.
Renault-dan Tierri Bollore başda Afrika olmaqla yeni iş imkanlarına baxdıqlarını qeyd edərək, İranda qaçırılan iş imkanlarını bərpa etmək istədiklərini deyib.
"İrandakı fəaliyyətimizi ABŞ-ın sanksiyalarına tabe olmaq üçün yəqin ki, dayandıracağıq",- Tierri Bollore deyib.
Ötən il Renault İranda Sənayenin İnkişafı Təşkilatı və yerli tərəfdaşı "Parto Negin Naseh" ilə istehsalı 75 faiz artırmaq üçün müqavilə imzalamışdı.
Şirkət bu müqavilə çərçivəsində hələ istehsala başlamasa da, 2003-ci ildən bu yana digər iki tərəfdaşı ilə avtomobil istehsal edir.
Renault-un İrandakı bazar payı 8 faiz səviyyəsindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır

















.jpg)




