"Yeni dost və müttəfiqlər axtarmağa başlayacağıq"- ƏRDOĞANDAN ABŞ AÇIQLAMASI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, "New York Times" qəzeti üçün "Türkiyə, ABŞ ilə Böhranı Necə Görür?" başlıqlı bir məqalə yazıb.
"Marja" xəbər verir ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, "Pisliyin dünyanın hər yerində pusquya yatdığı bir vaxtda, uzun zamandır müttəfiqimiz olan ABŞ-ın Türkiyəyə qarşı atdığı birtərəfli addımlar təkcə ABŞ-ın maraqlarına və təhlükəsizliyinə zərər verir. Çox gecikmədən, Vaşinqton əlaqələrimizin asimmetrik ola biləcəyi yanlış fikrini bir kənara qoymalı və Türkiyənin alternativlərə malik olduğunu qəbul etməlidir. Bu tək tərəflilik və hörmətsizlik dayandırılmasa yeni dost və müttəfiqlər axtarmağa başlayacağıq", -yazıb.
Ərdoğan məqalədə, iki ölkə arasında son dövrdə yaşanan gərginliyə də toxunub.
Türkiyə və ABŞ-ın 60 ildir ki, strateji tərəfdaş və NATO müttəfiqi olduğuna, iki ölkənin Soyuq Müharibə dövründə və sonra qarşılaşdıqları ortaq çətinliklərə qarşı çiyin-çiyinə dayandığına işarə edən Ərdoğan, "Türkiyə, illər boyu nə vaxt lazım olsa, ABŞ-a kömək etməyə qaçdı. Koreyada əsgərlərimiz birlikdə vuruşdu. Kuba raket böhranının ən yüksək olduğu dövrdə Türkiyə ərazisində Yupiter raketlərinin yerləşməsinə icazə verərək ABŞ-ın vəziyyəti sakitləşdirmək səylərinə töhfə verdi. 11 Sentyabr terror hücumlarından sonra Vaşinqton bu pisliyi edənlərə qarşılıq vermək üçün dostlarından və müttəfiqlərindən komək gözləyən zaman, əsgərlərimizi, buradakı NATO missiyasına dəstək üçün Əfqanıstana göndərdik",- ifadələrini istifadə edib.
Digər tərəfdən Ərdoğan, ABŞ-ın, Türkiyə xalqının narahatçılığını başa düşmədiyini və hörmət etmədiyini vurğulayıb.
Son illərdə iki ölkənin tərəfdaşlığının ABŞ-ın anlamaması ilə sınandığını qeyd edən Ərdoğan, "Təəssüf ki, bu təhlükəli ardıcıllığı tərsinə çevirmək cəhdlərimiz boşa çıxdı. ABŞ, Türkiyənin suverenliyinə hörmət etməyə başlamasa, millətimizin qarşı-qarşıya olduğu təhlükələri dərk etməsə tərəfdaşlığımız riskə girəcəkdir", - yazıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Prezident Ərdoğan, Türkiyənin, Pensilvaniyada yaşayan Fetullah Gülənin rəhbəri olduğu Fetullahçı Terror Təşkilatının (FETÖ) mənsubları tərəfindən 15 İyul 2016-da təcavüzə məruz qaldığını xatırladıb.
ABŞ-ın, bu çevriliş cəhdi zamanı və sonrakı mövqeyinə toxunan Ərdoğan, sözlərini belə davam etdirib:
" FETÖ-çular hökumətimə qarşı qanlı çevriliş etməyə çalışdı. O gecə milyonlarla vətəndaş, şübhəsiz ki, amerikalıların Pearl Harbour və 11 Sentyabr hücumlarından sonra nümayiş etdirdiyi vətənə bağlılıq hissiyatı ilə küçələrə töküldü. Uzun zaman mənim seçki kampaniyamı idarə etmiş sevgili dostum Erol Olçok və oğlu Abdullah Tayyib Olçokun da aralarında olduğu 251 məsum insan ölkəmizin azadlığı üçün ən ağır bədəli ödəyiblər. Ailəmin və mənim ardımca gələn "ölüm dəstəsi" uğurlu olsaydı mən də onlardan biri olardım. Türk xalqı, ABŞ-dan bu təcavüzü sərt bir dillə pisləməsini və Türkiyənin seçilmiş hökuməti ilə həmrəyliyini dilə gətirməsini istədi. ABŞ bunu etmədi. ABŞ-ın hadisəyə reaksiyası qane edicilikdən uzaqdı. Türkiyə demokratiyasının yanında olmaq əvəzinə ABŞ rəsmiləri ehtiyatlı bir şəkildə "Türkiyədə sabitlik, sülh və davamlılıq" çağırıb. Həmçinin, Türkiyənin iki tərəfli müqaviləyə əsasən Fetullah Gülənin qaytarılması üçün tələbini də yerinə yetirmədi".
Ərdoğan, Türkiyə-ABŞ münasibətlərində başqa bir təəssüf ediləcək vəziyyətin terror təşkilatı PKK-nın Suriya qolu PYD/YPGY-ə ABŞ-ın verdiyi dəstək olduğuna diqqəti çəkib.
Prezident Ərdoğan yazısında bu məsələ ilə bağlı, "Türkiyə orqanlarının təxminlərinə görə, Vaşinqton son illərdə PYD/YPG-yə silah vermək üçün 5 min yük maşını və 2 min yük təyyarəsi istifadə edib. Hökumətim, ABŞ rəsmilərinin PKK-nın Suriyadakı müttəfiqlərinə təhsil və təchizat dəstəyi verməsindən narahatlığını təkrar-təkrar açıqlayıb. Təəssüf ki, ABÇ sözlərimizə qulaq tıxayıb. ABŞ-ın verdiyi silahlar dinc əhalimizə, Suriya, İraq və Türkiyədəki təhlükəsizlik qüvvələrimizi hədəf almaq üçün istifadə edilib", fikrini bölüşüb.
Son günlər ABŞ-ın, haqqında bir terror təşkilatına yardım etdiyi ittihamı olan Amerika vətəndaşı Endryu Brunsonın Türkiyə polisi tərəfindən həbs olunmasını əsas göstərərək Türkiyə ilə təzyiqi artıran bir çox addım atdığını vurğulayan Ərdoğan, bu ifadələri işlədib:
"Donald Trampı bir çox görüşümüz və söhbətimizdə xəbərdar etməyimə baxmayaraq, hüquqi prosesə (məhkəmələrə) hörmət etmək əvəzinə, ABŞ dost bir millətə qarşı həddini aşan təhdidlər yayıb və nazirlərimizə sanksiya tətbiq etdi. Bu qərar qəbul edilməzdir, məntiqsizdir və ən nəhayət uzun müddətli dostluğumuza zərər verir. Türkiyənin təhdidlərə cavab vermədiyini göstərmək üçün bir neçə ABŞ rəsmisinə sanksiya qərarı verdik. Biz həmişə eyni prinsipə sadiq olacağıq: Hökuməti hüquqi prosesə (məhkəməlırə) müdaxilə etməyə təhrik etməyə çalışmaq konstitusiyamıza və ya birgə demokratik dəyərlərimizə uyğun deyil".
Ərdoğan, "Türkiyə vaxt müəyyənləşdirdi və ABŞ qulaq asmasa bir daha öz göbəyini özü kəsəcək. Milli maraqlarımızı qorumaq üçün lazımi addımları atacağıq",- yazıb.
Məqalədə, "Türkiyə vaxt müəyyənləşdirdi və ABŞ qulaq asmasa bir daha öz göbəyini özü kəsəcək. 1970-lərdə Türkiyə, Vaşinqtonun etirazlarına baxmayaraq, Kipr Yunanları tərəfindən Türklırə qarşı həyata keçirilən soyqırımı əngəlləmək üçün Kiprə girdi. Son zamanlar Vaşinqtonun, Suriyanın şimalından gələn milli təhlükəsizlik təhdidi ilə bağlı bizim narahatlıqlarımızı ciddiliyini başa düşməməsi, İŞİD-in NATO sərhədlərinə daxil olmasının qarşısını alan və YPG-ni Afrin şəhərindən çıxaran iki hərbi əməliyyatla nəticələndi. Bu hallarda olduğu kimi, milli maraqlarımızı qorumaq üçün lazımi addımları atacağıq",- deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
-
22 d. əvvəl
Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı
-
-
36 d. əvvəl
Bank of Baku-nun Mastercard Digital Bolkart kartı qazandırır - 5% KEŞBEK və PULSUZ GEDİŞLƏR!
- 37 d. əvvəl
-
51 d. əvvəl
Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
-
1 saat əvvəl
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
-
1 saat əvvəl
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Almaniya bankı qızıl üzrə qiymət proqnozunu dəyişmədi - "6 MİN DOLLARA YÜKSƏLƏCƏK"
-
1 saat əvvəl
"Samsung" Azərbaycanın planşet bazarındakı payının 27 %-ni itirib
-
2 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib
Ən çox oxunanlar
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
BYD, Xpeng və Li Auto-nin satışları azalıb, səhmləri ucuzlaşıb
"Prime Cotton" şirkəti 2025-ci ildə pambıq və tekstil sahəsində rekord nəticələrə imza atıb
Fevralın 3-də gözlənilən hava şəraiti
























