Baytarlıq Xidməti müayinələr üçün yeni avadanlıqlar aldı
Çindən Azərbaycana gətirilmiş laboratoriya avadanlığının təqdimat mərasimi keçirilib
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində Çin Xalq Respublikası Hökumətinin texniki yardımı hesabına həyata keçirilən “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rayon baytarlıq diaqnostika kabinetlərinin maddi-texniki bazasının gücləndirilməsi layihəsi” çərçivəsində alınmış avadanlıqların təhvil-təslim aktının imzalanma və təqdimatı mərasimi keçirilib.
Mərasimindən öncə Xidmətin foyesində sərgilənən ayrı-ayrı laboratoriya avadanlıqlarına baxış keçirilib və həmin avadanlıqların istifadə qaydaları və texniki parametrləri barədə məlumat verilib. Bu avadanlıqlarla qanın, patoloji materialların və müəyyən heyvan xəstəliklərinin müayinəsi aparılır.
Laboratoriya avadanlıqları Çin və Azərbaycan hökumətləri arasında ötən il, mayın 13-də mübadilə edilmiş notaya uyğun olaraq Çin hökuməti tərəfindən Azərbaycan hökumətinə Dövlət Baytarlıq Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə təqdim edilib.
Mübadilə notasına əsasən Çin tərəfi qeyd olunan avadanlığı bu il yanvarın 13-də Bakıya çatdırıb. Avadanlıqların quraşdırılması, sistemə qoşulması və istismar üçün hazır vəziyyətə gətirilməsi, eyni zamanda çinli mütəxəssislər tərəfindən azərbaycanlı texniki heyətə təlimlərin keçirilməsi başa çatdırılıb.
Bundan sonra avadanlıqların təhvil-təslim aktının imzalanması mərasimi keçirilib. Aktı Azərbaycan tərəfinin səlahiyyətli nümayəndəsi, kənd təsərrüfatı nazirini müavini Seyfəddin Talıbov və Cin tərəfinin səlahiyyətli nümayəndəsi, Çin Xalq Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Vey Cinxua imzalayıblar.
Mərasimdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib ki, son zamanlar Qida Təhlükəsizliyi Agentliyinin yaranması ilə əlaqədar Dövlət Baytarlıq və Dövlət Fitosanitar nəzarəti xidmətləri ilə Qida Təhlükəsizliyi Agentliyinin arasında səlahiyyət bölgüsü həyata keçirilib. Nəzarət funksiyaları bütövlükdə Qida Təhlükəsizliyi Agentliyinə verilib və dəyər zənciri üzrə bütövlükdə ölkəmizdə nəzarət funksiyası bir qurumda cəmləşib. Bu baxımdan Dövlət Baytarlıq Nəzarəti Xidmətin funksiyalarına və tabeçiliyinə aid olan həm Respublika Baytarlıq Laboratoriyası, həm də zona baytarlıq laboratoriyaları bilavasitə Qida Təhlükəsizliyi Agentliyinin tabeçiliyinə verilib. Bu baxımdan yerlərdə xidmət funksiyasının yüksək səviyyədə həyata keçirməsi, baş verə biləcək xəstəliklərin öncədən qarşılanması və profilaktik tədbirlərin həyata keçirilməsi üçün diaqnostik kabinetlərin maddi-texniki təminatının yaxşılaşdırılmasına ciddi bir ehtiyac yaranıb.
Nazir müavini bu istiqamətdə Çin hökuməti ilə qarşılıqlı razılaşma əsasında çoxsaylı avadanlıqların Azərbaycan hökumətinə təqdim olunduğunu bildirərək qeyd edib ki, bu avadanlıqlar 30-dan çox rayonda diaqnostik kabinetlərin bütövlükdə və tam həcmdə formalaşdırılmasına imkan verəcək. Eləcə də ən təqdirəlayiq hal ondan ibarətdir ki, Çin hökuməti bu texnikaları əvəzsiz olaraq Azərbaycan hökumətinə təqdim edib. Eyni zamanda burada 2 həftə ərzində çoxsaylı yerli mütəxəssislərə treninqlər keçirilib. Artıq biz ölkəmizdə dövlət büdcəsi hesabına maliyyələşən 13 adda heyvan xəstəliklərinə qarşı aparılan mübarizə tədbirlərinin effektivliyini bu diaqnostik kabinetlərin potensialı hesabına həyata keçirməklə təmin edə biləcəyik.
Tədbirdə Çin Xalq Respublikasını Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Vey Cinxua ölkəsinin Azərbaycanda aqrar sahənin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
-
1 saat əvvəl
Bu gün daha 560 ton taxıl Azərbaycandan keçməklə Ermənistana göndəriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
-
1 saat əvvəl
Anthropic-in yeni süni intellekt plaginləri 300 milyard dollar itki yaratdı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
-
3 saat əvvəl
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
-
3 saat əvvəl
“SmartCustoms” və “e.customs.gov.az”a daxil olma imkanları barədə yenilik
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
"Dedollarizasiya prosesinin sona qədər getməsini istəmirik"
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
Ən çox oxunanlar
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
PayPal-ın İcraçı direktoru dəyişib
Henkel Niderlandın örtük materialları şirkəti Stahl-ı satın alacaq
Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər
"Bəzi ekspertlər məzənnə ilə bağlı ajiotaj yaradırlar"
Azərbaycan-Özbəkistan İşgüzar Şurası yaradılacaq
"Alagöz Holdinq" Azərbaycana sərmayə qoyuluşunda maraqlıdır























