Əməkhaqqı və kredit kartları daha çox artıb

2018-ci ilin İyul ayının sonunda cəmi ödəniş kartlarının sayı 6 milyon 174 min ədəd təşkil edib.
"Marja" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, İyun ayı ilə müqayisədə İyulda cəmi ödəniş kartlarının sayı 62 min ədəd artıb. Mayda artım 50 min ədəd, İyunda isə 40 min ədəd təşkil etmişdi.
İyun ayı ilə müqayisədə İyulda sosial kartların sayı dəyişməyərək 2 milyon 521 min ədəd təşkil edib. Əməkhaqqı kartlarının sayı isə 31 min ədəd artaraq 1 milyon 908 min ədədə çatıb. Digər debet kartlarının sayı 8 min ədəd artaraq 922 min ədədə, kredit kartlarının sayı isə 24 min ədəd artaraq 823 min ədədə qalxıb.
Ötən ilin sonu ilə müqayisədə isə bu ilin 7 ayı ərzində cəmi ödəniş kartlarının sayı 374 min ədəd, o cümlədən əmək haqqı kartlarının sayı 81 min ədəd, kredit kartlarının sayı 200 min ədəd, sosial kart və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı isə 107 min ədəd artıb. Sosial kartların sayı isə 14 ədəd azalıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
-
4 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
- 21 d. əvvəl
-
40 d. əvvəl
İlham Əliyev: Bizim şübhəmiz olmayıb ki, bu hadisə obyektiv araşdırılacaq
- 46 d. əvvəl
-
1 saat əvvəl
Xalq Bank əmanət məhsulları üzrəşərtlərini yenilədi -Bank sərfəli kampaniya təqdim edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Fərdi məlumatların mühafizəsi haqqında” yeni qanun layihəsi hazırlanıb
-
2 saat əvvəl
"Aqrarkredit" BOKT-un nizamnamə kapitalı 60 %-dən çox artırılıb
- 3 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bank əmanət məhsulları üzrəşərtlərini yenilədi -Bank sərfəli kampaniya təqdim edir

Putin və Əliyev Düşənbədə görüşdülər

"Aqrarkredit" BOKT-un nizamnamə kapitalı 60 %-dən çox artırılıb
Ən çox oxunanlar

İstehsal sahəsi və haqqında geniş məlumat olmayan "VEST-LTD" mebellərin satışı üzrə iriməbləğli müqavilə imzaladı

AzVak-da yeni iş elanları

Azərbaycanda 2 yeni data mərkəzinin tikintisi başlayıb, 2027-ci ildə istifadəyə veriləcək

Macarıstan Rusiyadan Avropa İttifaqına maye qaz tədarükünün qadağan olunması ilə razılaşıb

Sabah gözlənilən hava şəraiti açıqlanıb

Mərkəzi Bank “Azərikard”ın lisenziyasını məhdudlaşdırdı

Prezident İlham Əliyev Tacikistanda səfərdədir
