"Mən 1.30 manat həddini real saymıram”
İqtisadçı ekspert Samir Əliyev “qara bazar”da dolların ucuzlaşması və manatın bahalaşacağı barədə yayılan xəbərlərə münasibət bildirib.
S. Əliyev açıqlamasında qeyd edib ki, bu gün valyuta bazarında baş verən prosesi heç də normal hal kimi qəbul etmir: “Çünki manatın bahalaşması üçün heç bir iqtisadi əsas yoxdur. İxrac artmayıb, Neft Fondu valyuta hərracında dollar təklifini artırmayıb. Əksinə, dollar təklifi 35 milyona düşüb. İdxal prosesi kəskin azalmayıb. Dünya bazarında dollar kəskin ucuzlaşmayıb. Tədiyyə balansında müsbət saldo yaranmayıb. Bütün bunlar onu göstərir ki, baş verənlər spekulyasiyadır.
Manat kütləsi yanvarda təxminən 6 faiz azalıb. Təxminən bu da 600 milyon manat deməkdir. Bu gün faktiki olaraq manat satılmır ki, banklar gedib dollar alsınlar. Büdcədə sosial xərclər istisna olmaqla digər sahələrə yanvar-fevral aylarında vəsait ayrılmır. Ona görə də bu gün dollara təlabat yoxdur.
Ölkədə hazırda manat qıtlığı var. Manat daha çox şirkətlərin hesabına yönəldilir. Çünki bankın müştərisi qarşısında öhdəliyi var. Manat qıt olduğuna görə də banklar alış kursunu çox faizlə aşağı salıblar. Mərkəzi Bankın müəyyən etdiyi məzənnədən 10 faizlik fərq yaranıb. Hazırda banklar kredit verib pul qazana bilmədiklərinə görə dolların alışından pul qazanırlar”.
İqtisadçı hesab edir ki, bu spekulyasiyanın qarşısı Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən alınmalıdır: “4 faizlik marjanın ləğvindən sonra bu məsələlər yarandı. Elə bank var ki, bundan 15 faiz gəlir əldə edir. Bu, çox təhlükəli rəqəmdir. Gözləntim odur ki, bu həftədən başlayaraq müəyyən qədər proseslər dolların xeyrinə dəyişməyə gedəcək. Manatın kəskin bahalaşması prosesi olmayacaq və mən 1.30 həddini real saymıram”.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?























