Dünya nəhənginin dəyəri yeni reklam siması ilə 3.7 milyard dollar "əridi"
Nike yeni reklam siması olaraq diz üstə çökmək aksiyasını başladan NFL oyunçusu Colin Kaepernick-i seçib. Mühafizəkarlar və ABŞ Prezidenti Donald Trampın havadarları ayaqqabı və corab yandıraraq Nike-ı boykot etməyə başlayıblar. Şirkətin səhmləri 2.6% ucuzlaşıb və bazar dəyəri 3.7 milyard dollar azalıb.
"Marja" xəbər verir ki, dünyanın ən böyük idman brendlərindən biri olan ABŞ-ın Nike şirkəti, 30-cu ilinə girən "Just Do it! (Sadəcə həyata keçir") kampaniyasının yeni reklam siması olaraq ABŞ Milli Futbol Liqası (NFL) komandalarından "San Francisco 49ers"ın keçmiş oyucusu Colin Kaepernick-i seçib.
Colin Kaepernick, 2016-ci ildə qaralara qarşı polis zorakılığına etiraz olaraq və milli himn oxunarkən diz üstə çökmə aksiyasını başladan addır.
ABŞ Prezidenti Donald Tramp, Kaepernicki mülki itaətsizlikdə günahlandırmış və başqa bir ölkəyə getməsini təklif etmişdi. Müqaviləsi ləğv edilən futbolçu 32 komandanın yer aldığı NFL-də oynamır.
Kaepernick, Nike-ın yeni reklam üzü olduğunu Twitter-də yazdığı, "Bir şeylərə inanın. Bu, o şey uğrunda hər şeyi qurban vermək anlamına gəlsə də" mesajı ilə elan edib.
Cümə günü ilk matçın keçiriləcəyi NFL-nin yeni mövsümü ərəfəsində bağlanmış bu müqavilə ABŞ-ı ikiyə bölüb.
Mühafizəkar amerikalılar və Trampın havadarları tərəfindən Nike-a qarşı boykot kampaniyaları başladılıb.
Digər tərəfdən, şirkətin səhmləri birjada 2,6 faiz dəyər itirib. Bu da şirkətin bazar dəyərindən təxminən 3,7 milyard dolların silinməsinə səbəb olub.
Nike, Tramp vəzifəsinini icrasına başladıqdan bir həftə sonra, bərabərlik mesajının verildiyi, idmançıdan musiqiçiyə bir çox populyar ulduzu bir araya gətirdiyi qara-ağ reklam filmilə diqqəti çəkmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
11 d. əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 24 d. əvvəl
- 32 d. əvvəl
-
41 d. əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 1 saat əvvəl
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Ən çox oxunanlar
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir




















