“Lüks avtomobillərə aksiz vergisi artırılmalıdır”
 “Ötən ilin 11 ayı ilə müqayisədə ümumilikdə ölkə ərazisinə idxal olunan avtonəqliyyat vasitələrinin say həcmi 82 faiz azalıb. Yəni ötən il 25 min ədəd avtonəqliyyat vasitəsi idxal olunmuşdusa, bu il 4000- dən bir qədər çox avtonəqliyyat vasitəsi idxal olunub. O cümlədən vergi 94, 5 milyon manat az toplanıb”.
Bunu Dövlət Gömrük Komitəsi Maliyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov Milli Məclisin komitə iclasında bildirib.
O qeyd edib ki, avtonəqliyat vasitələrinə aksiz vergisinin tətbiq edilməsi önəmli hallardan biridir: “Bu gün Azərbaycan ərazisində kifayət qədər, yəni 2 milyona yaxın avtonəqliyyat vasitəsi var. Ancaq mühərrikinin həcmi daha yüksək olan lüks avtonəqliyyat vasitələrinə aksiz vergisinin tətbiq edilməsi məsələsi vacibdir. Ötən ilin 11 ayında 5000-dən yuxarı mühərrikinin həcminin yüksək olan avtonəqliyyat vasitəsinin idxalı 160 idisə , onun 10 ədədi güzəştli qaydada, yəni diplomatik xidmət orqanlarına gətirilmişdir. 2016- ci ilin 11 ayında isə 198 ədəd lüks avtomobil idxal olunub. Onun 1 ədədi güzəştli qaydada idxal olunub. Deməli , imkan var. Baxmayaraq ki, ümumi fonda avtonəqliyyat vasitələrinin idxalı 82 faiz azalıb. Ancaq lüks avtomobil baxımından istehlakçıların sayı daha da artıb”.
M. Vahabov xəz-dəri məmulatlarının da aksiz vergisinə cəlb olunması zəruridir: “Ölkələrə var ki xalça məmulatlarını aksiz vergisinə cəlb edirlər. Bu gün istehlak bazarında kifayət qədər xəz-dəri məmulatları var. Ona görə də xəz-dəri məmulatlarının aksiz vergisinə cəlb olunması zəruridir”.
XXX
"İdxal mallarından buğda və buğda ununun, eyni zamanda daxil olan məmulatların ƏDV-dən 3 il müddətinə azad edilməsi bugünkü reallığa tam uyğundur". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Dövlət Gömrük Komitəsinin Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib.
 "Özümüzdə daxili istehsal olsa da, idxaldan müəyyən qədər asılılığımız var. Avtonəqliyat vasitələrinə aksiz vergisinin tətbiq edilməsi də önəmli hallardan biridir. Ötən ilin 11 ayı ilə müqayisədə ümumilikdə ölkə ərazisinə idxal olunan avtonəqliyyat vasitələrinin say həcmi 82% azalıb. Yəni cəmi 25 min ədəd avtonəqliyyat vasitəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal olunmuşdusa, bu il isə 4800-dən bir qədər çox avtonəqliyyat vasitəsi idxal olunub. O cümlədən bu istiqamətdə vergi 94,5 milyon manat az toplanıb.  Bu gün Azərbaycan ərazisində 2 milyona yaxın avtonəqliyyat vasitəsi var. Mühərrikinin həcmi daha yüksək olan lüks avtonəqliyyat vasitələrinin aksizlərin artırılması məsələsi vacibdir. Ötən ilin 11 ayında mühərrikinin həcmi 5000 kubsantimetrdən yüksək olan 160 avtonəqliyyat vasitəsi idxal edilib, onun 10 ədədi güzəştli qaydada, yəni diplomatik xidmətlərə görə gətirilib. 2016-cı ilin 11 ayında isə 198 ədəd lüks avtomobil idxal olunub. Onun 1 ədədi güzəştli qaydada idxal olunub. Deməli, imkan var. Baxmayaraq ki, ümumi fonda avtonəqliyyat vasitələrinin idxalı 82% azalıb, ancaq lüks avtomobil  baxımından istehlakçıların sayı daha da artıb".
 M. Vahabov əlavə edib ki, xəz dəri məmulatlarının da aksiz vergisinə cəlb olunması zəruridir: "Ölkələr var ki, xalça məmulatlarını da aksiz vergisinə cəlb edirlər. Bu gün istehlak bazarında kifayət qədər xəz dəri məmulatları var. Ona görə də bu malların aksiz vergisinə cəlb olunması zəruridir. Vergi Məcəlləsinə edilən dəyişiklik büdcənin gəlirlər hissəsinin formalaşmasına şərait yaradacaq".
© Qafqazinfo.az, APA
Müştərilərin xəbərləri
                        “Azərikard” banklararası əməkdaşlığı yeni səviyyəyə yüksəldir – Bratislava və Vyanada beynəlxalq görüşlər
SON XƏBƏRLƏR
- 1 ay sonra
 - 1 ay sonra
 - 5 gün sonra
 - 
                         
                     - 26 d. əvvəl
 - 
                     31 d. əvvəl
                    
Dünyanın ən böyük neft şirkəti, hasilatın artması fonunda xalis mənfəətinin artdığını açıqlayıb
 - 46 d. əvvəl
 - 
                     1 saat əvvəl
                    
Antiinhisar: Aeroportda taksi probleminin hüquqi və iqtisadi tərəfləri qiymətləndirilir
 - 
                     2 saat əvvəl
                    
BP, neft və qaz hasilatının artması sayəsində 3-cü rübdə proqnozu üstələyən mənfəət əldə edib
 - 2 saat əvvəl
 - 2 saat əvvəl
 - 
                     3 saat əvvəl
                    
"İdeal Kredit" BOKT-un təsisçilərindən biri payını satıb - Hüseynov alıb
 - 
                     3 saat əvvəl
                    
Azərbaycanda 5 bankın 9 aylıq qeyri-faiz gəlirləri 35 milyon manatdan çoxdur
 
Son Xəbərlər
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
                                    Biznesiniz üçün QISA NÖMRƏ alın
                                    Təhsildən kənarda qalan uşaqlar
                                Antiinhisar: Aeroportda taksi probleminin hüquqi və iqtisadi tərəfləri qiymətləndirilir
                                Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb
                                SOCAR-dan "Ai-92" və "Ai-95" benzinlərilə bağlı açıqlama
Ən çox oxunanlar
                                Naxçıvana dotasiyaların azalmasının səbəbi açıqlanıb
                                Nazir gələn ildən gəlir vergisinin tətbiqi ilə bağlı qərarı əsaslandırıb - Özəl sektor əməkhaqqıları mərhəlili vergiyə cəlb ediləcək
                                “Azərikard” banklararası əməkdaşlığı yeni səviyyəyə yüksəldir – Bratislava və Vyanada beynəlxalq görüşlər
                                Neft və qaz qiymətlərində azalma gözləyirik - Nazir Sahil Babayev
                                

                        
                    

















.jpg)

