"Bizim evlərin kvadratı 400 manatdan başlayır" – İŞ ADAMI
Azərbaycanda taxta evlərin istehsalı ilə bağlı Masallı Sənaye Məhəlləsində yenicə fəaliyyətə başlayan “Birlik-3A” MMC həm biznes sektorundan, həm də fərdi şəxslərdən sifarişləri qəbul etməyə başlayıb. Bu barədə şirkətin sahibi Əziz Bədirov bildirib.
Sahibkarın sözlərinə görə, hazırda Azərbaycanda taxta evləri həm yaşamaq, həm bağ evi, həm də turizm obyekti üçün sifariş edilir.
O ki qaldı evlərin keyfiyyətinə, Ə.Bədirov bildirir ki, taxtadan olsa da, bu evlər daş evlərdən də keyfiyyətli və dözümlüdürlər. Bunlar qətiyyən çürümür, hətta daş evlərə 50 il istifadə müddəti müəyyən edilsə də, ağac evlər üçün bu müddət 100 ildir. Məsələn, Rusiyada 200-300 il bundan əvvəl qurulmuş taxta evlər qalır və istifadə edilir.
İş adamının sözlərinə görə, üstəlik, indi çoxsaylı texnoloji yeniliklər də var ki, onların vasitəsilə taxta evlərin istifadə müddətini uzatmaq, onları kənar təsirlərdən qorumaq olar: "Hazırda bəzi məhlullar var ki, onlar vasitəsilə bu evləri yanğından, qurdlardan və çürüməkdən tam qorumaq olur".
Taxta evlərin sahəsi verilən sifarişdən asılıdır və ən kiçik ölçülərdə də ola bilər. Belə ki, ən kiçik evin sahəsi 15 kvadratmetrdən başlayır. Qiyməti isə layihədən, arakəsmələrin sayından, evin sahəsindən, istifadə edilən taxtanın diametrindən, mərtəbədən və sair məsələlərdən asılıdır: "Evlərin 1 kvadratmetrinin qiyməti göstərilən məsələlərdən asılı olaraq dəyişir və ən ucuzu 400 manatdan başlayır. Qiymət 700 manat və daha yüksək də ola bilər". Onların tikintisi üçün icazə məsələləri isə adi evlərdəki kimi həll edilir.
Turizm kottecləri üçün ölçüləri 5,5 metr olan ikimərtəbəli kotteclərin qurulması isə təqribən 25 min manata başa gələr.
Əvvəllər Azərbaycan, sonra isə Rusiyada bizneslə məşğul oln iş adamı bildirir ki, son vaxtlar Azərbaycanda biznes üçün yaradılan şərait onu qayıtmağa həvəsləndirib, amma Rusiyadakı meşə-taxta biznesini davam etdirir. Yeni müəssisəyə 400 min manat investisiya yatırdığını bildirən Bədirovun sözlərinə görə, şirkət ayda sahəsi 100 kvadratmetr olan 5 ev qura bilər.
Yenicə fəaliyyətə başlamasına baxmayaraq müəssisəyə sifarişlər daxil olmaqdadır: "Artıq 4-5 real sifarişimiz var, ondan əlavə çoxsaylı müraciətlər və danışıqlarımız var. Sifarişlər həm biznes, həm də fərdi şəxslərdən daxil olur".
Əziz Bədirovun sözlərinə görə, müracətlər həm Bakıdan, həm də Bakı ətrafı zonalardan və rayonlardan daxil olur. Bura Quba, Masallı, Lənkəran və başqa rayonlar aiddir: "Biz burada təkcə taxta ev deyil, söhbət yerləri, skamyalar, taxta bağ mebelləri, rus hamamları və sair də istehsal edə bilərik".
Bunun üçün tələb olunan taxta materialını isə Ə.Bədirov Rusiyadakı təsərrüfatından gətirir.
İş adamının sözlərinə görə, Azərbaycanda sənaye məhəlləsinin yaradılması yaxşı haldır və biznesin işləməsi üçün yaxşı üsuldur, məsələn Rusiyada belə üsul yoxdur.
Xatırladaq ki, Masallı Sənaye Məhəlləsində fəaliyyətə başlayan müəssisədə 15 iş yeri açılıb. Burada ay ərzində müasir tipli 3 taxta ev hazırlanacaq. Müəssisənin illik məhsul dövriyyəsinin həcmi 2 milyon manat təşkil edəcək.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 23 d. əvvəl
-
-
2 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
2 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
2 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
2 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
Ən çox oxunanlar
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Azərbaycan neftinin son qiyməti
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir






.jpg)














.jpg)