"Gələn il Azərbaycanda inflyasiya sürətlənəcək"
Asiya İnkişaf Bankı 2018-ci ildə Azərbaycan ÜDM-in artım proqnozunu 1,7% səviyyəsində saxlayıb. Bu barədə yenilənmiş "Asian Development Outlook 2018" icmalında qeyd edilir.
Bankın qiymətləndirmələrinə əsasən, 2019-cu ildə Azərbaycanda ÜDM-in artım proqnozu 2% səviyyəsində saxlanılıb.
“2018-ci ilin birinci yarısında iqtisadi artım bir il öncə 1,3% azalmaya qarşı 1,3% təşkil edib. Cari ilin yanvar-iyun aylarında neft sektorunda artım 0,1%, qeyri-neft sektorunda - 2% təşkil edib”, - icmalda qeyd olunur.
Birinci yarımillikdə sənaye istehsalında artım 1,2%, ASK sahəsində - 7,6%, xidmətlər sahəsində - 3,1% təşkil edib.
Proqnozlara görə, 2018-ci ildə Azərbaycanda inflyasiya 4,5%-dək azalacaq (aprel proqnozu - 7% olub), lakin 2019-cu ildə 5%-dək sürətlənəcək (aprel proqnozu - 8%). Bankın qiymətləndirmələrinə əsasən, 2018-ci ilin dördüncü rübündə kommunal xidmətlərin tariflərinin artması az ehtimal olunur. Bu səbəbdən bank 2018-2019-cu illər üzrə inflyasiya proqnozlarını azaldıb.
Bankın proqnozlarına əsasən, 2018-ci ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının profisiti ÜDM-in 7,9% (aprel proqnozu - ÜDM-in 6,9%-i), 2019-cu ildə - ÜDM-in 10,9% təşkil edəcək (aprel proqnozu - ÜDM-in 6,2%-i).
“2018-ci ilin birinci yarısında xarici ticarətdə Azərbaycanın müsbət saldosu 4,3 mlrd.dollar təşkil edib. Hesabat dövründə ixrac 34,7% artıb, bu da qismən neftin yüksək qiyməti ilə əlaqədardır. Eyni zamanda, qeyri-neft məhsullarının ixracı 20,1% artıb. Neftin qiymətinin yüksək səviyyədə qalması 2018-2019-cu illərdə Azərbaycanın tədiyə balansının profisitinə müsbət təsir edəcək”, - bank vurğulayır.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)







