Daş üzərində bişən çörək
Naxçıvan Muxtar Respublikasının daxili bazarını yerli məhsullarla təmin edən “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal olunan çörəklər yeni texnologiya ilə bişirilir. Son illər cəmiyyətə Sahibkarlığa Kömək Fondundan əlavə dövlət maliyyə dəstəyi göstərilib.
Bu vəsaitlə müəssisə müasir avadanlıqlarla təmin edilib. Eyni zamanda çörək sexində istehsal gücü saatda 3000 ədəd çörək olan tam avtomatik yeni xətt istifadəyə verilib. Burada çörək dəmir üzərində deyil, daş üzərində bişirilir.
Yeni bişirilən kəpəkli çörək yüksəkkeyfiyyətli qida məhsulu kimi alıcılar tərəfindən rəğbətlə qarşılanıb. Satışa çıxarılan kəpəkli çörəyə tələbat artıb, ona görə də bu cür çörək istehsalına keçid tam təmin olunub. Yeni çeşiddə çörək istehsalı da diqqət mərkəzində saxlanılıb. Müəssisədə kəpəkli unla qarğıdalı ununun qarışığından hazırlanmış qarğıdalı çörəyi istehsal olunur. Eyni zamanda xəmirin yoğrulması və dinlənməsi prosesinin daha da təkmilləşdirilməsi məqsədilə müəssisədə Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. Bu avadanlıqların köməyi ilə çörək istehsalı zamanı istifadə olunan qıcqırtma tozu minimum həddə endirilib. Bu üsulla bişirilən çörəyin saxlanma müddəti xeyli artıq olur.
Bundan başqa, müəssisə gündəlik gücü 15 ton olan süd məhsulları istehsalı sahəsi yaradıb. Müasir tələblərə cavab verən şəkildə istehsal olunan kərə yağı, pendir, qatıq və ayran daxili bazarın tələbatını ödəyir. Alıcıların tələbatı nəzərə alınaraq burada xama istehsalına da başlanılıb. Nəticədə, muxtar respublikanın bu məhsullara olan tələbatı yerli istehsal hesabına təmin edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
- 3 d. əvvəl
-
13 d. əvvəl
Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin bürünc medalçısı oldu
- 29 d. əvvəl
- 35 d. əvvəl
-
37 d. əvvəl
Kəlbəcərdə günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
-
50 d. əvvəl
“Xalq Kapital” zərərdən mənfəətə keçib – Gəlirləri 2 dəfəyə yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarəti vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 4 GÜN
Rəsmi məzənnələr açıqlandı
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
Qızıl kreditini bu banka gətirənlərə endirim var
Azərbaycanda bağçılıq subsidiyası veriləcək











.webp)










