Aqrar sahəyə hesabat dəstəyi - MÜSAHİBƏ
Aqrar Tədqiqatlar Mərkəzinin İqtisadi Təhlil və Proqnozlaşdırma departamentinin baş mütəxəssisi Pərviz Əliyevin müsahibəsi
-Pərviz müəllim, Aqrar Tədqiqatlar Mərkəzi hansı istiqamətlərdə fəaliyyət göstərəcək?
-2018-ci ilin ikinci yarımilliyində dövlət başçısının müvafiq fərmanı ilə yaradılmış Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədqiqatlar Mərkəzinin əsas məqsədi aqrar sahə ilə bağlı məlumatların toplanması, təhlili, habelə ən müasir analitik vasitələrdən istifadə edərək kənd təsərrüfatı fəaliyyətinin proqnozlaşdırılması və modelləşdirilməsidir. Bu zaman əsas diqqət kənd təsərrüfatı sahəsində rəqəmsal texnologiyaların, müasir data-təhlili metodlarının, o cümlədən proqramlaşdırma vasitələrinin tətbiqi sayəsində mövcud məlumatların daha effektiv təhlili və rasional qərarların qəbul edilməsi üzərində cəmlənib. Mən İqtisadi Təhlil və Proqnozlaşdırma departamentində çalışıram, departamentin əsas fəaliyyət istiqamətləri isə aqrar fəaliyyətlə bağlı statistik məlumatların toplanması, işlənməsi, təhlili və yekun hesabatların hazırlanması, həmçinin mövcud trendlərin nəzərə alınması ilə aqrar sahənin ayrı-ayrı aspektlərinin proqnozlaşdırılmasından ibarətdir. İqtisadi Təhlil və Proqnozlaşdırma departamenti öz fəaliyyətini bitkiçiliyin təhlili, heyvandarlığın təhlili və kənd təsərrüfatı məhsullarının emalının müqayisəli təhlili üzərində qurub.
-Hər üç istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi vacibdir...
-Bitkiçilik sahəsində ayrı-ayrı kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, qlobal trendlərin müəyyən olunması, yerli bazarda mövcud vəziyyətin dəyərləndirilməsi, habelə ayrı-ayrı kənd təsərrüfatı bitkiləri üzrə dəyər zəncirinin təhlili, gübrə və pestisidlərdən istifadə səviyyəsinin qiymətləndirilməsi, məhsulların ixrac potensialının artırılması istiqamətində təhlillərin aparılması, həmçinin kənd təsərrüfatı məhsullarının daxili bazarda qiymətlərinin tənzimlənməsi və s. kimi fəaliyyətləri qeyd edə bilərik. Heyvandarlıq sahəsində statistik məlumatların toplanması və təhlili, intensiv maldarlığın inkişaf etdirilməsi məqsədilə dövlət proqramının hazırlanması, bu məqsədlə yerli heyvan cinslərinin istehsal göstəricilərinin (süd verimi, ət verimi, yem bazası, təbii artım və s.) təhlili, habelə xarici ölkələrin təcrübələrinin öyrənilməsi və s. istiqamətlərdə təhlillər aparılır. Bundan başqa kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı iqtisadi fəaliyyət də ATM-nin xüsusi diqqət mərkəzindədir. Belə ki, kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı məsələlər əsasən İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilməsinə baxmayaraq, aqrar sahənin təhlili ilə bağlı fəaliyyətin tamlığının təmin olunması məqsədilə emal sahəsi artıq bizim tədqiqat obyektimizdir.
-Təbii ki, fəaliyyətinizdə yeniliklərin tətbiqi önəmli yer tutur...
-İqtisadi Təhlil və Proqnozlaşdırma departamenti, mən deyərdim ki, nəinki ölkəmizdə, hətta bütövlükdə Qafqaz regionunda ilk dəfə Avropa Birliyinin təcrübəsinə istinad edərək Fermer Təsərrüfatları Məlumatlarının Monitorinqi Sistemi (FTMMS) üzrə sorğuların təşkilini həyata keçirir. Bu sorğunun məqsədi kəndli-fermer təsərrüfatlarının fəaliyyətinin iqtisadi səmərəliliyini qiymətləndirilməkdən ibarətdir. Buraya monitorinqi aparılan fermerin istehsal etdiyi kənd təsərrüfatı məhsulları, istehsal və məhsuldarlıq göstəriciləri, xammal və xidmətlər üzrə xərcləri, mənfəəti, məşğulluq vəziyyəti, habelə heyvandarlıq sahəsi üzrə iqtisadi göstəricilər və s. daxildir. Bu layihə çərçivəsində aparılmış monitrinqlər nəticəsində Kənd Təsərrüfatı Nazirliyində artıq üç ilin (2015-2017) məlumat bazası formalaşmışdır.
-Fermerlərə hansı məhsulların becərilməsinin daha effektiv ola biləcəyi barədə tövsiyələr veriləcəkmi?
-Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də hər il növbəti il üçün planlaşdırılan əkin sahələrinin ayrı-ayrı kənd təsərrüfatı bitkiləri üzrə hesabatının hazırlanmasından ibarətdir. Bu hesabatın hazırlanması kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı yarana biləcək problemlərin aradan qaldırılmasına, məhsul balansının, habelə daxili bazarda qiymətlərin tənzimlənməsinə xidmət edir. Qeyd edək ki, hazırlanmış hesabat tövsiyə xarakteri daşıyır və heç bir halda kənd təsərrüfatı istehsalçılarının müstəqil fəaliyyətinə müdaxilə məqsədi güdmür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
-
31 d. əvvəl
"Artıq 6 aydır ki, sülh şəraitində yaşayırıq. Bu, xüsusi bir hissdir"
-
4 saat əvvəl
Bu gün daha 560 ton taxıl Azərbaycandan keçməklə Ermənistana göndəriləcək
- 4 saat əvvəl
-
5 saat əvvəl
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
-
5 saat əvvəl
Anthropic-in yeni süni intellekt plaginləri 300 milyard dollar itki yaratdı
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
-
7 saat əvvəl
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
-
7 saat əvvəl
“SmartCustoms” və “e.customs.gov.az”a daxil olma imkanları barədə yenilik
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Dedollarizasiya prosesinin sona qədər getməsini istəmirik"
Ən çox oxunanlar
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
PayPal-ın İcraçı direktoru dəyişib
Henkel Niderlandın örtük materialları şirkəti Stahl-ı satın alacaq
Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər
"Bəzi ekspertlər məzənnə ilə bağlı ajiotaj yaradırlar"
Azərbaycan-Özbəkistan İşgüzar Şurası yaradılacaq

























