3 zavoddan ibarət kombinat fəaliyyətə hazırdır
Ağstafa Aqrar Sənaye Kompleksi tam gücü ilə fəaliyyətə hazırdır
Hazırda Ağstafada inşası sürətlə davam etdirilən bir neçə müəssisə var. Onlardan biri Ağstafa Aqrar Sənaye Kompleksidir.
İnşasına 2010-cu ilin iyulunda başlanan kompleksin tikintisi Almaniyanın "Wolf System” şirkəti ilə Akkord Şirkətlər Qrupu tərəfindən həyata keçirilmiş və 2012-ci ilin aprelində Prezident İlham Əliyevin iştirakı ilə kompleksin birinci layihəsi olan "Ağstafa Aqroservis” Məhdud Məsuliyyətli Cəmiyyətin açılışı olmuşdur.
Bu müəssisənin fəaliyyətə başlaması ilə rayonda torpaq ehtiyatlarından daha səmərəli istifadə imkanını artırmış, əkilməsi məqsədəuyğun olan 10 növ bitki sortunun, gübrə və digər preparatların müəyyənləşdirilməsi, düzgün əkin metodlarının seçilməsi, səpin və suvarma işlərinin aparılması, məhsulun yığımı və aqronom xidmətləri göstərməklə fermerlər üçün "vahid pəncərə” sistemi yaradılmışdır. Cəmiyyətin inzibati bölməsi də yüksək səviyyədə qurulmuşdur. Belə ki, bölmədə ikimərtəbəli ofis, istehsalat və təmir sexi, anbar, texnikaların yuyulması, saxlanılması üçün talvar var. İnzibati binada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı və laboratoriya fəaliyyət göstərir.
Ümumi sahəsi 11 hektar olan "Ağstafa Aqroservis” MMC qısa vaxt ərzində ən müasir kənd təsərrüfatı texnikaları ilə təmin edilmişdir. Hazırda burada 75 traktor, qoşqu və digər texnikalar var. Müəssisə 14 min hektar əkin sahəsinə xidmət göstərməyə qadirdir. Almaniya istehsalı olan servis avtomobilləri təsərrüfatlarda texniki xidmət göstərmək üçün kompüter və digər avadanlıqlarla təchiz edilmişdir. Ümumilikdə 30 nəfərin çalışdığı müəssisə Qazax və Tovuz rayonlarının ərazilərində də aqroservis xidmətləri göstərməyə qadirdir.
"Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsi olan Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatının inşası da başa çatmaq üzrədir. Nəinki Ağstafa, eləcə də region üçün böyük əhəmiyyət daşıyacaq bu kombinat 3 zavoddan ibarətdir. Bunlar taxıl emalı, un, çörək və yarımfabrikatlar zavodlarıdır. Burada saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, iaşə obyektləri, eləcə də standartlara uyğun 140 yerlik yeraltı avtomobil dayanacağı inşa edilmişdir. İaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları satılacaq.
Kompleksin yaradılmasında əsasən Almaniya və İsveçrə texnologiyalarından istifadə olunacaqdır. Layihəyə 6 min hektar torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı da daxildir. Burada inşa olunan taxıl dəyirmanının emal gücü saatda 5 tondur. Qabaqcıl texnologiyaların tətbiqi buğdadan maksimum un əldə etməyə şərait yaradacaqdır. Beləliklə həm yüksək keyfiyyətli un məhsulları hazırlanacaq, həm də mövcud tullantılardan səmərəli istifadə olunacaqdır. Dəyirmanın ən böyük əhəmiyyəti odur ki, emala təqdim edilmiş taxıl yuyulmayacaqdır. Taxılın nəmləndirilməsi xüsusi texnologiya ilə həyata keçiriləcək. Bu da həm unun keyfiyyətli olmasına, həm də vaxt və məhsul itkisinin qarşısını almağa imkan verəcəkdir. Kəpək və digər qırıntılardan isə heyvandarlıq üçün yem hazırlanacaq.
Artıq "Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsi olan Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatında işlər yekunlaşmışdır. Hazırda görülən işlər mütəxəssislərin iştirakı ilə bir daha nəzərdən keçirilir.
© "Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
8 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
9 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
9 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 10 saat əvvəl
-
10 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir





















