"Sadələşdirilmiş vergi ödəyicilərində uçot qənaətbəxş deyildir" - SƏBƏLƏR
"Təsərrüfat subyektlərində uçot sisteminin düzgün qurulması aktual məsələlərdən biridir".
Audit üzrə mütəxəssis Mehdi Babayev hesab edir ki, uçotun düzgün qurulmaması iqtisadi inkişafın ahəngini ləngitdiyindən, dövlət başçısı dərinləşdirilən islahatlar çərçivəsində sahibkarların öz öhdəliklərini yerinə yetirməsini vacib hesab edir:
"Hazırda ölkəmizdə qanunvericilik baxımından mühasibat, vergi və digər sahələr üzrə uçotun aparılmasını təmin edən normativ aktlar kifayət qədərdir və demək olar ki, tam təmin edilib. Lakin uçot sahəsində hüquqi bazanın olmasına baxmayaraq, bəzi fəaliyyət sahələrində, əsasən də kiçik sahibkarlıq subyektləri kateqoriyasına aid edilən və sadələşdirilmiş vergi mükəlləfiyyəti olan vergi ödəyicilərində uçota olan münasibət qənaətbəxş deyildir. Elə müəssisələr var ki, il ərzində, sadəcə olaraq, sənədlər toplayır və yalnız ilin sonunda uçot qurur, bununla öz öhdəliyini bitmiş hesab edir. Məsələyə bütövlükdə baxsaq, vergi ödəyicisinin məqsədinin vergidən yayınmaq yox, qazanc barədə niyyətinin düzgün olmadığını görərik. Əsas məsələ belə niyyəti formalaşdıran halları aradan qaldırmaqdır".
M.Babayevin sözlərinə görə, uçotla bağlı problemlər, əsasən, bu amillərlə bağlıdır:
-sahibkarın apardığı uçotun və hazırladığı hesabatların yalnız vergi, DSMF və statistika orqanlarının tələblərinə köklənməsi;
-maliyyə uçotu bilgilərinin azlığı və bu sahədə maarifləndirmə və təhsil-təlim işlərinin yetərincə olmaması;
-sənədləşmə yükünün (ciddi hesabat blanklarının tətbiqi sahəsinin) çoxluğu;
-bəzi fəaliyyət sahələrində (kənd təsərrüfatı məhsullarının istehsalı və s.) tətbiq edilən vergi güzəşt və azadolmalarının uçotun əhəmiyyətliliyinə biganəliyi «təşviq» etməsi;
-sadələşdirilmiş vergi dərəcəsinin və yükünün real iqtisadi fəaliyyətlərə uyğun olmaması və sahibkarların dövriyyələrini paylaşdırma məqsədilə çoxmüəssisəliliyə meyillənməsi.
Bəzi təsərrüfat subyektlərinin rəhbərliyi tərəfindən təsisçiləri və səhmdarları aldatma meyilləri, biznesə yanaşmanın mükəmməl olmaması da həmin sahədə nöqsanlara yol açır: "Qeyd edilənlərin fonunda sahibkarın təmiz uçot qurmaq haqqında marağı formalaşmaya bilər. Lakin bütün bunlar və digər mənfi hallar ən qısa zamanda belə həll edilsə də, neqativ «ənənələrə» bulaşmış sahibkar şəffaflıq mədəniyyətini tez bir zamanda özündə formalaşdıra bilməyəcəkdir. Çünki bu mərhələdə sahibkar sıxıntı yaşaya, neqativ vərdişləri özündən uzaqlaşdırmaq üçün zamana ehtiyacı yarana bilər. Sahibkarı tam qınamaq düzgün deyildir. Onlar günümüzün güzgüsüdür və onların da dövlət dəstəyinə ehtiyacları vardır".
Hökumət tərəfindən aparılan islahatlara və ortaya qoyulan möhkəm iradəyə sahibkarın güvənməsi vacib məsələdir. Sahibkar yaratdığı müssisənin dövriyyəsindən özünə lazım olan pulu yalnız qanunun yol verdiyi formada çıxara bilər. Bu yoldan kənar qazanc hüquqi şəxs üçün məsuliyyət yaradır.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© "Vergilər"
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 16 d. əvvəl
-
16 d. əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
- 22 d. əvvəl
-
50 d. əvvəl
Tramp Kubaya neft satan ölkələrə gömrük tarifi tətbiqini nəzərdə tutan sərəncam imzalayıb
-
8 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlanıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
Kimya şirkəti Dow 4 min 500 nəfəri işdən çıxaracaq
Ən çox oxunanlar
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub





















