Tramp Fed sədrinə qarşı iradlarının dozasını artırdı - "SƏDR TƏYİN ETMƏYİMƏ PEŞMAN OLA BİLƏRƏM"
ABŞ Prezidenti Donald Tramp, Cerom Pauelı (Jerome Powell) Fed-ə sədr təyin etdiyi üçün peşman ola biləcəyini söyləyib.
"Marja" xəbər verir ki, Tramp, Fed sədrinə qarşı iradlarının dozasını artırıb, amma onu hansı şərtlər altında vəzifədən azad edə biləcəyinə dair suala isə cavab verməkdən çəkinib.
Tramp, "Wall Street Journal"a Çərşənbə günü verdiyi müsahibəsində, mərkəzi bankın (Fed) müstəqil bir qurum olduğunu bilməsinə baxmayaraq, Pauelə faizləri artırmamaq barədə mesaj göndərdiyini bildirib.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
Tramp, Pauelin faiz artırmaq məsələsində məmnun göründüyünü qeyd edib və "Onu vəzifəyə təyin etməkdən peşman ola bilərəm" şəklində danışınb.
Tramp, hansı şərtlər altında Pauelı vəzifədən kənarlaşdırılacağına dair suala cavab verməkdən çəkinib və "bilmirəm" - deyib. Bu cavab, ABŞ Prezidentinin 11 Oktyabrda oxşar bir suala verdiyi "onu vəzifədən azad etməyəcəm" cavabı ilə ziddiyyət təşkil edir.
Fed qanunu, Prezident tərəfindən ortaya qoyulan bir "səbəb" ilə Fed sədrini vəzifədən azad etməyə imkan verir.
ABŞ Prezidenti Tramp, Fedi faiz artırmaq məsələsində dəfələrlə tənqid edib və son dövrdə iradlarını sərtləşdirib. Tramp ötən həftə verdiyi açıqlamada Fed-i "ən böyük təhdid" kimi qiymətləndirib və son bir ayda qiymətli kağızı bazarlarında görünən satış dalğasına görə Fed-i günahlandırmışdı. Tramp ayın əvvəlində verdiyi açıqlamada isə, Mərkəzi Bankın "nəzarətdən çıxdığını" və "Fed-in ağlını itirdiyini" demişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 30 d. əvvəl
-
- 36 d. əvvəl
- 45 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
15 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
15 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
Ən çox oxunanlar
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
























