"Avropa bazarında yer çoxdur, Azərbaycana da çatacaq"
"Qazprom" PSC-nin İdarə Heyəti sədrinin müavini Aleksandr Medvedev Avropa bazarında bütün qaz təchizatçıları, o cümlədən də Azərbaycan üçün yer olduğunu qeyd edir.
"Avropa bazarındakı Rusiya və digər təchizatçıların qazı ilə bağlı rəqabətə gəlincə, onu deyə bilərəm ki, Avropada hasilat zəifləyir, idxala tələbat isə durmadan artır. Bazarda bütün təchizatçılara yer çatacaq. İstehlakçılara kommersiya cəhətdən ən cəlbedici tədarük şərtləri təklif edənlər isə rəqabətin ən güclüləri olacaq", - deyə o, “Qazprom” korporativ jurnalına müsahibəsində qeyd edib.
Sədr müavini vurğulayıb ki, hazırda "Qazprom" Avropa qaz bazarında uğurla rəqabət aparır, şirkət tərəfindən həyata keçirilən rekord həcmdə təchizat bunu təsdiq edir.
A.Medvedev, həmçinin bildirib ki, "Qazprom" ilə Azərbaycan arasında çox gözəl iş münasibətləri yaranıb.
"Azərbaycana qaz tədarükü qüvvədə olan müqavilə çərçivəsində həyata keçirilir. Gələcək əməkdaşlığın perspektivlərinə gəlincə, biz dialoqa hər zaman açıqıq", - deyə o əlavə edib.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb.
Layihənin dəyəri 40 mlrd. dollardan çoxdur.
Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya 2020-ci ildə nəql olunacağı gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq.
21 noyabr 2017-ci il tarixində “Qazprom eksport” ASC və SOCAR arasında Azərbaycana qaz tədarükü haqqında müqavilə imzalanıb. Tədarükə noyabrın 22-dən başlanılıb. 1 illik müqavilə çərçivəsində Azərbaycana 1,6 mlrd. kubmetr Rusiya qazının tədarükü planlaşdırırlır.
Ötən il Rusiyadan Azərbaycana 349 mln. kubmetr qaz tədarük edilib.
Energetika Nazirliyinin məlumatına görə, 2018-ci ildə Azərbaycan Rusiyadan 800 mln. kubmetr təbii qaz idxal edib.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© İnterfaks-Azərtbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
8 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
8 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
9 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 10 saat əvvəl
-
10 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir




















