ABŞ İran neftini dayandırmağa nail ola bilsəydi, neft bu gün 100 dolları keçmişdi"
Ötən cümə günü 76,57 dollardan günə başlayan və gün ərzində 77,89 dollara qədər qalxan Brent neftin barrel qiyməti, bu gün səhər 77,61 dollardan açılıb. Brent neftin barreli Bakı vaxtı ilə saat 12.50-də 0,59% azalma ilə 77,15 dollardan alıcı tapıb. Eyni dəqiqələrdə Qərbi Texas növü (WTI) xam neftin barreli isə 67,27 dollardan alıcı tapıb.
ABŞ və Çin arasında ticarət müharibəsinin qlobal iqtisadi artımı ləngidəcəyi ehtimal edilir. İqtisadi inkişafın zəifləməsi ilə neftə tələbin azalacağı xofu, beynəlxalq neft qiymətlərinə aşağı istiqamətdə təzyiq yaratmağa davam edir.
Ancaq mütəxəssislər, neft qiymətlərindəki azalmanın ABŞ-ın İrana tətbiq edəcəyi sanksiyaların yaxınlaşması səbəbindən məhdud qaldığını qeyd edirlər. Bazarda İranın boşalacaq yerini Səudiyyə Ərəbistanı və digər istehsalçı ölkələrin tutacağı gözələnilir, amma dəqiq deyil. Bu istiqamətindəki narahatlıq da qiymətlərin daha çox aşağı düşməsini maneə olur.
Digər tərəfdən, İran Prezidentinin birinci müavini İshaq Cahangiri, dünən verdiyi açıqlamada, ABŞ-ın, qiymətlərin qalxmaması üçün İrana görə bazarda yaranacaq boşluğun Səudiyyə Ərəbistanı və digər ölkələrin kompensasiya ediləcəyinə dair iddiasının həqiqəti əks etdirmədiyini bildirərək, "ABŞ, İran neftini dayandırmağa nail ola bilsəydi neftin barrel qiyməti bu gün 100 dolları keçmişdi. ABŞ-ın sanksiyalarından sonra İranın neft ixracı gündəlik 1 milyon barreldən az olmayacaq", - ifadəsini istifadə edib..
Qeyd edək ki, ABŞ gələn aydan etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına da sanksiyalar tətbiq edəcək.
Brent neftdə, texniki olaraq 77,34 ilə 77,52 dollar aralığının müqavimət, 76,98 ilə 77,16 dollar aralığının dəstək bölgəsi olduğu bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 29 d. əvvəl
-
- 35 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
15 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
15 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
Ən çox oxunanlar
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb





















