Bu bankın xalis mənfəəti 2 dəfədən çox azaldı

“Yapı Kredi Bank Azərbaycan” 2018-ci ilin 9 ayını 2 milyon 705 min manat xalis mənfəət ilə başa vurub. Halbuki Bank, ötən ilin eyni dövrünü 6 milyon 251 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, Bankın xalis mənfəəti 2,3 dəfə azalıb.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Yapı Kredi Bank Azərbaycan”ın cari ilin yanvar-sentyabr dövründə faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% artaraq 26 milyon 25 min manat, qeyri-faiz gəlirləri isə təxminən 30% azalaraq 12 milyon 544 min manat təşkil edib. Bankın əməliyyat mənfəəti demək olar ki, ötən ilin 9 ayındakı məbləğdə - 12 milyon 474 min manat təşkil edib. Bank əməliyyat mənfəətinin 8 milyon 691 min manatını ehtimal olunan kredit və depozit itkiləri üzrə yaradılan ehtiyata ayırıb. Qalan 3 milyon 783 min manat mənfəətdən 1 milyon 78 min manat mənfəət vergisi ödənilib. Nəticədə Bank 9 ayı 2 milyon 705 min manat xalis mənfəət ilə başa vurub.
Bankın faiz xərcləri 41%, qeyri-faiz xərcləri isə 9% azalıb.
“Yapı Kredi Bank Azərbaycan” 2017-ci ilin 9 ayındakı 12 milyon 463 min manat əməliyyat mənfəətinin 5 milyon 557 min manatını ehtimal olunan kredit və depozit itkiləri üzrə yaradılan ehtiyata ayırmış, 655 min manat mənfəət vergisi ödəmişdi.
“Yapı Kredi Bank Azərbaycan”ın xalis mənfəətinin aşağı düşməsinə ehtimal olunan kredit və depozit itkiləri üzrə yaradılan ehtiyata ayırmanın 56,4% artması səbəb olub. Ehtiyatlara ayırmanın artması Bankda problemli kreditlərin artdığına işarədir.
“Yapı Kredi Bank Azərbaycan”ın qeyri-faiz gəlirləri ildən-ilə azalır. 2016-cı ilin 9 ayında 21 milyon 352 min manat olmuş qeyri-faiz gəlirləri, 2017-ci ilin eyni dövründə 17 milyon 847 min manata, 2018-ci ilin 9 ayında isə 12 milyon 544 min manata düşüb. Bank faiz gəlirlərini isə 25-26 milyon manat civarında saxlaya bilib.
30 Sentyabr 2018-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan”ın cəmi aktivləri 500 milyon 995 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur. Aktivlərin artmasının əsas səbəbi “Yapı Kredi Bank Azərbaycan”ın digər banklara yerləşdirdiyi depozitlərin 14 milyon 651 min manatdan 221 milyon 427 min manata yüksəlməsidir. Bankın müştərilərə verdiyi kreditlər cəmi 1,7% artaraq 172 milyon 340 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 22 d. əvvəl
-
41 d. əvvəl
“Ziraat Bank Azərbaycan”dan yüksək göstəricilərlər - mənfəəti 63% artıb
-
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Xalq Bank və Qatar Airways əməkdaşlığı müştərilərə xüsusi fürsətlər təqdim edir
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bank Respublika 2025-ci ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı
- 7 saat əvvəl
Son Xəbərlər

AYNA Nazirlər Kabinetinin taksilərə dair qərarını şərh edib

“Unibank”ın son maliyyə vəziyyəti məlum oldu

"AFB Bank" 9 ay üzrə maliyyə nəticələrini açıqladı
.png)
Expressbankın biznes kreditləri portfeli 10% artıb

"Premium Bank"ın əməliyyat mənfəəti artıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Bank “BTB” maliyyə göstəricilərini açıqladı

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni şirkət

“VTB Azərbaycan” mənfəətini kəskin artırıb

Kapital Bank sürət yığır – gəlirlər və kreditlər rekord həddə

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin nəzərinə

Mastercard və Göygöl Şərab Zavodu “Priceless” təcrübəsini yenidən Azərbaycana gətirdi
