ARDNF yeni regionlarda daşınmaz əmlak investisiyalarını araşdırır
“Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) səhmlər üzrə investisiya strategiyasının əsasını dünyanın inkişaf etmiş ölkələrinin ən iri qlobal şirkətlərinin səhmlərini özündə əks etdirən MSCI World, MSCI EUROPE ex UK və S&P kimi indekslərə passiv yatırımlar təşkil edir”.
Bu barədə ARDNF-dən məlumat verilib.
Fonddan bildirilib ki, bu çərçivədə yatırımlar hansısa spesifik meyarlara görə seçilmiş xüsusi səhm və ya səhmlərə deyil, indeksə daxil olan hər bir səhmə onların indeksdəki çəkilərinə uyğun olaraq proporsional qaydadada həyata keçirilir.
“Qeyd etmək istərdik ki, bu indekslər 23 inkişaf etmiş ölkədə 14 xarici valyutada ifadə olunmuş 1600-dən çox böyük və orta şirkətlərin səhmlərini əhatə edir”, - məlumatda vurğulanıb.
İnvestisiya portfelinin diversifikasiyasına gəlincə, ARDNF-dən qeyd edilib ki, portfelin diversifikasiyasına xüsusi diqqət yetirilir: “Məlum olduğu kimi, hər bir investisiya müxtəlif səpkili risklərlə xarakterizə olunur. Bu risklərin minumuma endirilməsi məqsədi ilə portfelin diversifikasiyasına xüsusi diqqət yetirilir. Ümumiyyətlə qeyd etmək lazımdır ki, ARDNF-nin investisiya strategiyasının əsas məqsədi risklərin minimum yol verilə bilinən həddində gəlirliliyin artırılmasına yönəlmiş investisiya portfelinin qurulmasıdır. Hesab edirik ki, hal-hazırda mövcud şərtlər daxilində ARDNF kifayət qədər diversifikasiya olunmuş investisiya portfelinin qurulmasına nail olub. Belə ki, 2012-ci ildən etibarən investisiya portfelinə səhmlər (özəl səhmlər daxil olmaqla), daşınmaz əmlak, qızıl kimi maliyyə alətləri əlavə edilmiş və hazırki investisiya siyasətinə əsasən onların çəkisi ümumilikdə portfelin 40%-ə qədərini təşkil edə bilər. Hal-hazırda əsas məqsəd məhz ARDNF-nin vəsaitlərinin hazırki maliyyə bölgüsü çərçivəsində yeni investisiya təkliflərinin dəyərləndirilməsi və potensial investisiya istiqamətlərinin müəyyən edilməsidir”.
ARDNF-dən bildirilib ki, daim perspektivli, şəffaf bazar mühitinə malik olan, investisiyalar üçün cəlbedici və risklər nəzərə alınmaqla münasib gəlirlilik vəd edən Şimali Amerika, Avropa, Asiya və Sakit Okean Hövzəsi regionu bazarlarında daşınmaz əmlak investisiyalarını araşdırır. Fonddan əlavə ediblər ki, gələcəkdə də investisiya baxımından cəlbedici olan daşınmaz əmlak aktivlərinə yatırım ediləcək.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Report
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 14 saat sonra
-
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















