Qızıl biznesi üçün vergi qaydası dəyişir
Böyük ehtimalla, gələn ildən zərgərlik məmulatlarının satışı fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyici ola bilməyəcəklər.
“Marja” xəbər verir ki, Azərbaycanın Vergi Məcəlləsinə ciddi dəyişikliklər nəzərdə tutulur. Dəyişikliklərdən biri zərgərlik məmulatlarının satışı ilə bağlıdır. Belə ki, 2019-cu ildən zərgərlik məmulatlarının satışını həyata keçirən şəxslərin sadələşmiş verginin ödəyicisi ola bilməməsi təklif olunur.
Qeyd edək ki, sadələşdirilmiş vergi dərəcəsinin bütün ölkə üzrə bərabərləşdirilərək 2%-ə endirilməsi nəzərdə tutulur (hazırda Bakıda 4%, regionlarda 2%-dir).
Müşahidələr göstərir ki, hazırda Azərbaycanda qızıl satışı ilə məşğul olanlar rəsmi vergi ödəmirlər. Bakıda “Mərkəzi”, “Moskva” və “Laçın” univermaqları daxil iri ticarət mərkəzlərindən alınan qızıllara görə çek təqdim edilmir. Qızıl satıcılarının kassa aparatları belə yoxdur. Vergilər Nazirliyi digər bir çox sahələrdə fəaliyyət göstərən, ayda 10 min manatadək dövriyyəsi olan fiziki və hüquqi şəxslərdən haqq-hesab tələb edərkən, univermaqlardakı və ticarət mərkzələrindəki qızıl ticarətçilərinə bir söz deyilmir. Bu, ədalətsizlikdir.
Ümumiyyətlə, ticarət mərkəzlərində qızıl, tikinti materialları, geyim satışı ilə məşğul olanların dövriyyələrinin uçotu düzgün aparılmır. Bu yerlərdən toplanılan haqq və vergi qanunvericiliyin tələbinə uyğun ola bilməz. İslahatlar çərçivəsində, ədalət naminə, bu sahələrdə də vergi nizam-intizamı təmin olunmalıdır.
İndiyədək sadələşdirilmiş vergi ödəyicisi olmaq üçün illik dövriyyənin 200 min manatı keçməməsi kifayət edir. Gələn ildən isə bu dövriyyə tələbi qalmaq şərtilə əlavə və daha ciddi məhdudiyyətlər tətbiq olunacaq.
ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ AL!
Dəyişikliklərə görə, aşağıdakı şəxslər 2019-cu ildən sadələşmiş verginin ödəyicisi ola bilməyəcəklər:
- işçi sayı 5 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər;
- topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər;
- vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa; xidmətlərin göstərilməsini həyata keçirən şəxslər;
- zərgərlik məmulatlarının satışı fəaliyyəti ilə məşğul olan şəxslər;
- xəz-dəri məmulatlarınınsatışını həyata keçirən şəxslər;
- lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 saat sonra
-
- 12 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















