"Ölkəmizdə siqaretə aksiz vergisi hələ də aşağıdır"
2019-cu ildə Azərbaycanda siqaret və spirtli içkilərin qiyməti qalxacaq. Belə ki, büdcə sənədlərində 2019-cu ildə idxal olunan tütün məmulatlarına aksizlər kəskin şəkildə artacağı görünür.
Bu mənbədən büdcəyə daxil olan vəsaitin həcminin 2018-ci ilə nisbətən 2.5 dəfəyə yaxın çoxalması bahalaşma barədə danışmağa əsas verir.
Gələn il idxal olunan tütün məmulatlarından büdcəyə 248.6 mln. manatın daxil olması proqnozlaşdırılır. 2018-ci il üçün həmin məbləğ 104 mln. manat idi. Yerli istehsala aksizlər üzrə daxilolmalarda da əhəmiyyətli dərəcədə artım var: 10.1 mln. manatdan 58.5 mln. manata qədər artım proqnozlaşdırılır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, "European Tobacco-Baku" ASC-nin İdarə Heyətinin sabiq sədri Rüfət Quliyev tütün və tütün məmulatlarına aksiz vergisinin hələ də aşağı olduğu qənaətindədir. Onun fikrincə, Azərbaycanda tütün idxalına tətbiq olunan aksiz vergisi Avropadakı qədər yüksək deyil:
"Bu sahədə Avropa təcrübəsini öyrənən bir şəxs kimi deyə bilərəm ki, bir çox ölkələrdə tütün idxalına tətbiq edilən aksiz vergisi bizdəkindən əhəmiyyətli dərəcədə fərqlənir. Tütün məmulatlarına aksiz vergilərinin tətbiq olunması büdcənin gəlirlərinin artması üçün lazımdır. Bu siyasət həm də ölkədə siqaretə qarşı dövlət siyasətinin tərkib hissəsi kimi vacibdir".
Aksiz dərəcələrinin artırılmasının yerli istehsala və satışa təsirinə gəlincə, millət vəkili bildirib ki, siqaretin tərkibində 27 komponent var və onun 20-si Azərbaycanda istehsal olunur.
"Çalışmalıyıq ki, həmin komponentlərin hamısını ölkəmizdə istehsal etmək üçün münbit şərait yaransın. Xaricdən idxal olunan tütün məmulatlarına aksiz vergisinin dərəcəsini artırmaqla biz yerli istehsalı stimullaşdırmalıyıq. Bu, ölkə iqtisadiyyatının ümumi inkişafına, büdcə gəlirləri üçün yeni mənbələrin yaradılmasına gətirib çıxarmalıdır".
İqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə, aksiz vergisi o məhsullara tətbiq edilir ki, həmin məhsula daxili tələbatın mühüm hissəsi yerli istehsal hesabına ödənilir. Belə olan halda, daxili tələbatı ödəməyən məhsullara yüksək dərəcəli aksiz vergisinin tətbiqi məqsədəuyğun deyil. Çünki vergi dərəcələrinin yüksək olması ölkəyə gətirilən məhsulların kəskin bahalaşmasına gətirib-çıxarır:
"Bu baxımdan, aksiz vergisi artırılan məhsullarla bağlı qərar verilərkən daxili bazardakı vəziyyəti, bahalaşma amilini nəzərə almaq lazımdır. Ancaq bir halda ki, Azərbaycan hökuməti tütünçülüyün inkişafı ilə bağlı Dövlət Proqramı hazırlayıb və bu sahənin inkişafını prioritet hesab edir, o zaman daxili istehsalın stimullaşdırılması naminə xaricdən idxal olunan məhsullara tətbiq edilən aksiz dərəcələrinin qaldırılması başadüşüləndir".
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
© Oxu
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 saat sonra
-
- 14 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















