Maaşını həyat sığortasına köçürənlərin nəzərinə - Yalnız 50%-nin....
Azərbaycanda həyatın sığortasında dəyişiklik gözlənilir. Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə əsasən, bundan sonra fiziki şəxslər vergiyə cəlb olunan gəlirlərinin 50 faizi həcmində həyatın yığım sığortası üzrə gəlir vergisindən azad olacaqlar.
Hazırda işçi maaşının istədiyi hissəsini və ya tamamilə həyat sığortasına köçürə bilər. Belə olan halda vergi və sosial sığorta haqları işçiyə qalır.
Təklif edilən dəyişiklik aşağıdakı şəkildədir:
116.2. Fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən hesablayıb ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılır.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Həyat sığortası bazarındakı mənbəsinin "Marja"ya bildirdi ki, Məcəllənin 116.2 maddəsinə təklif edilən dəyişiklik aylıq gəlirlərinin 50%-inə qədər hissəsini həyatın yığım sığortasına qoşan şəxslərə təsir etməyəcəkdir:
"Bunu sadə misalla izah edək. Tutaq ki, vətəndaşın aylıq gəliri 1000 AZN-dir. İndiyə qədər vətəndaşın bu gəlirinə vergidən tam azadolma tətbiq edilirdisə, artıq yalnız həmin gəlirin 50 %-i (500 AZN) gəlir vergisindən azad olacaqdır. Yəni vətəndaş ay ərzində öz qazandığı gəlirdən 500 AZN-ə qədər hissəni həyatın yığım sığortasına qoşduqda, yönləndirilmiş bu məbləğ gəlir vergisindən tam azad olacaqdır. Belə ki əgər vətəndaş həyatın yığım sığortası üzrə aylıq 0-500 AZN arası sığorta haqqı ödəyirdisə, bu zaman təklif edilən dəyişikliyin ona heç bir təsiri olmayacaqdır, sığorta haqqı 500 AZN-dən çox olduqda isə, həmin 500 AZN tam olaraq vergidən azad olmaqda davam edəcəkdir, digər hissəyə isə gəlir vergisi tətbiq ediləcəkdir.
Qısaca desək, aylıq gəlirlərinin 50%-inə qədər hissəsini həyatın yığım sığortasına qoşan şəxslərə Vergi Məcəlləsinə edilən dəyişikliyin heç bir təsiri olmayacaqdır".
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 saat sonra
-
- 14 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















