Məşhur avtomobil elan saytı Azərbaycana gəlir
Dünyanın məhşur Almaniya avtomobil elan saytı mobile.de Azərbaycana gəlir. Şirkətin Azərbaycandakı tərəfdaşı “Guliyev Motors” şirkəti olacaq.
Bu barədə şirkətin rəhbəri Rəşad Quliyev bildirib. Onun sözlərinə görə, mobile.de-yə dünyanın 100-dən çox ölkəsi qatılıb. Amma Cənubi Qafqaz regionu ölkələri, o cümlədən Azərbaycan bu bazaya daxil deyil.
R.Quliyev bildirib ki, artıq Azərbaycan da avtomobil elanları bazasına daxil ediləcək. Artıq bununla bağlı mobile.de şirkətinin rəhbərliyi ilə danışıqlar aparılır. Onun sözlərinə görə bunun bir neçə müsbət cəhəti olacaq. Belə ki, razılaşmaya əsasən saytın platforması həm də Azərbaycan dilində yığılacaq. Nəticədə yerli avtomobil sevərlər həm xaricdən elan vasitəsilə avtomobil sifariş edə biləcək, həm də daxili bazarda satılan avtomobillər üçün yeni bazar yaranacaq. Bu isə imkan verəcək ki, yerli alıcı avtomobili daha ucuz alsın. Artıq alıcı avtomobili alverçidən deyil, birbaşa sahibindən və ya dilerdən ala biləcək. Yerli alıcı xarici bazardan avtomobili minimum 10% ucuz ala bilər: “Məsələn, alverçi 2.2 l mühərrikli avtomobili Bakıda 8000 avroya təklif edir. Amma alıcı birbaşa sifariş edərsə avtomobili 1500 manata qədər ucuz ala bilər”.
R.Quliyev bildirib ki, avtomobillərin daha ucuz alınması yerli bazarda da qiymətlərin nisbətən aşağı düşməsinə səbəb olacaq.
Digər müsbət cəhət ondan ibarətdir ki, yerli avtomobil istehsalıçıları bu vasitə ilə xarici bazarın diqqətini Azərbaycana yönəldə bilərlər və bu sahədə ixrac arta bilər: “Məsələn, Naxçıvan Avtomobil Zavodu bu vasitəsi ilə xarici avtomobil alıcılarında yerli brendə qarşı marağını artıra bilər”.
© Fins.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)






