“Mətanət A” şirkəti karyera sərgisində iştirak edib
(©) Bakı Mühəndislik Universitetində Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin dəstəyi ilə təşkil olunan, “Mətanət A” şirkəti ilə yanaşı onlarla beynəlxalq və yerli şirkətin də iştirak etdiyi “Karyera sərgisi” böyük maraqla qarşılanıb.
Karyera sərgisində 1000-dən çox tələbə və məzun şirkətlərin İnsan Resursları nümayəndələri ilə bilavasitə ünsiyyətdə olub, mövcud iş yerlərinə sənəd vermək imkanı əldə ediblər.
Keçirilən karyera sərgisində “Mətanət A” şirkətinin stendi xüsusi diqqət cəlb edib. Tələbələr “Mətanət A” şirkətinin fəaliyyəti ilə bağlı məlumat və mövcud vakansiyalara CV forması ilə müraciət etmək imkanı əldə ediblər. Eyni zamanda “Mətanət A” şirkətinin “Ödənişli Təcrübə Proqramı” da böyük marağa səbəb olub. Qeyd edək ki, təcrübə proqramı qış ayları ərzində şirkətdə tələbələrə təcrübə keçməyə imkan yaradır. “Mətanət A” şirkətində təcrübə keçmək üçün 150-dən artıq müraciət daxil olub. Müraciət edənlərin əksəriyyəti kimya mühəndisliyi, inşaat mühəndisliyi, sənayenin təşkili və idarə olunması sahələrində təcrübə keçərək gələcəkdə bu sahələrdə çalışmaq istədiklərini vurğulayıblar
“Mətanət A” şirkətinin sərgidə iştirak etməkdə məqsədi savadlı və perspektivli kadrları seçmək, onlara şirkətdə təcrübə keçməyə, professional biliklərini artırmağa şərait yaratmaq və gələcəkdə işlə təmin etməkdir..
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)






