Dünyanın məşhur istehsalçısının Bakıda servis mərkəzi açıldı
Dünyanın ən məşhur kənd təsərrüfatı texnikası istehsalçılarından biri olan "CLAAS" şirkətinin rəsmi tərəfdaşı olan "4S" şirkətinin servis mərkəzi öz qapılarını Bakıdakı müştəriləri və tərəfdaşları üçün açıb.
Şirkətdən bildirilib ki, sahəsi 800 kvadratmetr olan yeni mərkəz ən müasir diaqnostik və servis avadanlığı ilə təchiz olunub.
Tədbirdə çıxış edən "4S" şirkətinin rəhbəri Elxan Ələkbərov bildirib ki, artıq bir neçə ildir ki, Azərbaycanda uğurla fəaliyyət göstərən “CLAAS” şirkətinin texnika və texnologiyaları bütün xidmətləri bir məkanda cəmləyən mərkəzin açılışını zəruri edirdi. “CLAAS” şirkətinin Bakı nümayəndəliyi təkcə ölkə üçün deyil, regional müstəvidə kənd təsərrüfatı nümayəndələrinə satış, məsləhət və servis xidmətləri göstərəcək.
"CLAAS Group"un İdarə Heyətinin üzvü Bernd Lüdeviq Azərbaycan bazarının təmsil etdiyi şirkət üçün hələ illər əvvəl prioritet kimi müəyyənləşdirildiyini vurğulayıb: "Yerləşdiyi geostrateji mövqe Azərbaycana regional mərkəz olmağa imkan yaradır. Fermerlərə təkcə texnikanın satışı kifayət etmir, bununla yanaşı onların bilik və bacarıqlarının artırılmasıda əsas şərtlərdəndir. Çünki məhsulumuz haqda kifayət qədər bilik olmadıqda, ondan səmərəli istifadə mümkün olmayacaq", - deyə Bernd Lüdeviq bildirib.
"CLAAS" şirkətinin ixracat üzrə regional meneceri Vasili Zayder öz çıxışında şirkətin Bakı mərkəzinin vacibliyinə toxunub. Qeyd edib ki, satışsonrası məsləhət xidmətlərinin təklifi Azərbaycan fermerləri üçün istehsaldan maksimal səmərə əldə etməyə imkan yaradacaq.
"CLAAS Group" və onun Azərbaycandakı servis tərəfdaşı olan "4S" şirkəti arasında Azərbaycanda kənd təsərrüfatı prinsiplərini bazadan başlayaraq innovativə qədər tədris edəcək Agro Akademiyanın yaradılması ilə bağlı protokol imzalanıb.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Daha sonra qonaqlar yeni servis mərkəzinə baxış keçirib, anbarın və servis zonasının yüksək səviyyəli təchizatına, müştəri zonasının rahatlığına qiymət verib, burada təqdim edilmiş "CLAAS" texnikası ilə tanış olublar.
Xatırladaq ki, "CLAAS" şirkəti kənd təsərrüfatı texnikasını istehsal edən qabaqcıl alman şirkətidir. "CLAAS" şirkəti müştərilərini ən qısa zaman kəsiyində ən yüksək səviyyəli servislə təmin etməyi vacib hesab edir.
Yerləşmə regionundan və ölkəsindən asılı olmayaraq, "CLAAS" şirkətinin bütün tərəfdaşları öz servis mərkəzlərində ərazi, avadanlıq və funksionallıq baxımından konsernin vahid standartına riayət etməlidirlər. Bu tələblər həm Azərbaycandakı, həmdə digər ölkələrdəki "CLAAS" tərəfdaşları üçün eynidir. Bütün servis personalı üçün "CLAAS" texnikasına zəmanətli və servis dəstəkli xidmətlə bağlı qoyula biləcək bütün məsələləri effektiv həll etməyə imkan verən zəruri təlimlər keçirilir.
Bundan əlavə, vahid standartın tətbiqi o deməkdir ki, "CLAAS" şirkətinin bütün tərəfdaşları şirkətlə birlikdə inkişaf etməli, ən yeni məhsulları və texnologiyaları mənimsəməli və bütün dünyada fermerlər üçün əlçatan etməlidirlər.
"CLAAS" şirkətinin Azərbaycandakı rəsmi servis tərəfdaşı olan "4S" şirkəti 2017-ci ilin oktyabrında təsis edilib. Hazırda "4S" şirkəti müştərilərinə “CLAAS” məhsulları ilə yanaşı aqrar sahədə alman brendi olan LEMKEN və AMAZONE şirkətlərinin texnikasını da təklif edir. Qeyd edək ki, adı çəkilən şirkətlə aqrar sahə üçün müxtəlif təyinatlı qoşqu vasitələri istehsal edir və hal-hazırda dünya brendi hesab olunurlar.
Müştərilərin xəbərləri
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
-
40 d. əvvəl
"Hazırda təxminən 380 min KOB-un bir çoxu hələ də əsasən nağd pulla fəaliyyət göstərir"
-
42 d. əvvəl
Yanvarda Gürcüstanda 5 %-ə yaxın illik inflyasiya qeydə alınıb
- 48 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azvvallet” şirkəti cəzalandırıldı - Xidmətinin dayandırılması barədə göstəriş verildi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
"Regional" BOKT 1 milyon manat borclandı
Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Azərbaycanda lizinq haqqında yeni qanun qəbul olunacaq
“Fintrend” BOKT-ın vəzifəli şəxsi cərimə edildi
Ən çox oxunanlar
“Azvvallet” şirkəti cəzalandırıldı - Xidmətinin dayandırılması barədə göstəriş verildi
Fevralın 4-də gözlənilən hava şəraiti
AccessBank rəhbərliyi Gənclər Gününü Bakı Ali Neft Məktəbinin tələbələri ilə birlikdə qeyd etdi
Tükiyədə inflyasiya sürətlənib
Banklar illik faiz gəlirlərini nə qədər artırıb?
"Hindistan Rusiya neftinin alınmasını dayandırmağa razılaşıb"



















