Azərbaycanda futbolçuların orta illik əmək haqqısı açıqlanıb
Azərbaycan Premyer Liqasında futbolçuların orta illik əmək haqqının məbləği açıqlanıb.
“Sporting Intelligence”nin hesablamalarına əsasən, elita klubları 2018-ci ildə oyunçulara orta hesabla 52 min 638 avro ödəyiblər. Azərbaycan bu göstərici ilə siyahıda 40-cı pillədə qərarlaşıb və Cənubi Afrika Respublikası (54 min 137 avro) ilə Bolqarıstanın (46 min 58 avro) arasında yer alıb.
Dünyanın 68 ölkə çempionatının qeyd olunduğu siyahıya İngiltərə Premyer Liqası başçılıq edir. Burada orta illik əmək haqqı 3,47 milyon avro təşkil edir. İspaniya La Liqası 2,55 milyon avro ilə ikinci, İtaliya A seriyası isə 1,76 milyon avro ilə üçüncü sıradadır.
Növbəti pillələrdə ardıcıllıqla Almaniya Bundesliqası (1,61 milyon avro), Fransa Liqa 1-i (1,15 milyon avro), Çin Super Liqası (926 min avro), Rusiya Premyer Liqası (774 min avro) və Türkiyə Super Liqası (763 min avro) yer alıb.
Azərbaycan postsovet məkanında 4-cü sıradadır. Ölkədə futbolçuların maaşları Rusiyadan savayı, Ukrayna (191 min 238 avro) və Qazaxıstandan (146 min 520 avro) geri qalır. Bu iki ölkə müvafiq olaraq, 22 və 25-ci pillələrdədirlər.
Belarus 31 min 589 avro ilə 44-cü, Gürcüstan 13 min 403 avro ilə 50-ci, Ermənistan isə 2 min 619 avro ilə 67-ci yerdə qərarlaşıb. Sonuncu pillədə isə 2 min 528 avro göstərici ilə San Mariondur.
© Report
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















