"Səudiyyə Trampı qəzəbləndirmək istəmir"
Londondakı müstəqil araşdırma təşkilatı "Capital Economics"in eksperti Caroline Bain, OPEC üzvləri ilə Rusiya, Meksika, Qazaxıstan kimi təşkilata üzv olmayan istehsalçı ölkələrin bu gün keçirəcəyi görüşlə bağlı fikirlərini bildirib.
"Marja" xəbər verir ki, Bain, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) neft hasilatı miqdarında planlaşdırdığı azaltma üçün İran və Venesueladakı proseslərə diqqət yetirdiyini bildirib.
Qlobal neft bazarında tələb-təklif balansının yenidən formalaşması lazım olduğunu bildirən Bain, OPEC və OPEC-ə üzv olmayan ölkələrin ümumi hasilat həcmini gündəlik orta hesabla 1 milyon barel azaldıb neft qiymətlərini yuxarı qaldırmaq istədiklərini vurğulayıb.
"AZALTMA, QİYMƏTLƏRİ ARTIRMAQ ÜÇÜN YETƏRLİ OLMAYA BİLƏR"
Sözügedən azaltma miqdarının qiymətləri artırmaq üçün yetərli olmaya biləcəyini qeyd edən Bain, belə danışıb:
"OPEC, kartel üzvü olan və istehsalla bağlı risklər daşıyan İran ilə Venesuelaya fokuslanıb. Gündəlik orta hesabla 1 milyon barellik azaltma, qiymətlərdə davamlı yüksəlişin yaranması üçün kifayət deyil. ABŞ-ın İran üzərində yenidən həyata keçirməyə başladığı sanksiyaların bu ölkənin neft hasilatı və ixracına necə təsir edəcəyi hələ qeyri-müəyyəndir. İranın istehsalında böyük bir azalma görə bilərik. Bundan başqa, Venesuelanın hasilatı da uzun müddətdir azalmaqdadır. Bu səbəbdən OPEC-in, hasilatında "mülayim" bir azaltma edərək, İran və Venesueladakı prosesləri izləyəcəyini düşünürəm".
"SƏUDİYYƏ, TRAMPI QƏZƏBLƏNDİRMƏK İSTƏMİR"
"Liviya, Nigeriya və Anqola kimi, OPEC üzvü olan ölkələrin hasilatlarında azalma riskinin də hər zaman gündəmdə olduğuna diqqəti çəkən Bain, OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanı ilə OPEC xaricindəki Rusiyanın, İran və Venesuelada hasilatın daha da azala biləcəyi səbəbindən hasilatlarını "mülayim" bir səviyyədə salacağını qeyd edib.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
Bain, hər iki ölkənin xam neft istehsallarının son dövrdə rekord səviyyələrə çatdığını bildirərək, istehsalı gündəlik orta hesabla 11,2 milyon barrel səviyyəsində olan Səudiyyə Ərəbistanının hasilatını 500-660 min barrel, istehsalı gündəlik orta hesabla 11,6 milyon barrel səviyyəsində olan Rusiyanın isə hasilatını 300-400 min barrel arasında endirəcəyini nəzərdə tutduğunu bildirib.
ABŞ Prezidenti Donald Trampın neft qiymətlərinin aşağı düşməsi üçün OPEC-i neft hasilatını azaltmamağa dəvət etdiyini xatırladan Bain, "Trampın Camal Qaşıqçı hadisəsində Səudiyyə Ərəbistanına dəstəyi davam edir. Ancaq Səudiyyə qlobal olaraq güclü bir mövqedə deyil, bu səbəbdən həssas bir yol tutub bir tərəfdən neft hasilatını çox azaldaraq Trampı qəzəbləndirmək istəmir; Digər tərəfdən, OPEC daxilindəki nüfuzunu qorumağı qarşısına məqsəd qoyur",- ifadələrini istifadə edib.
"BRENT NEFTDƏ HƏDƏF 70 DOLLARDIR"
Məsləhət və araşdırma təşkilatı "Energy Aspects"in Geosiyasi analitiki Riccardo Fabiani isə bazarın OPEC və OPEC-ə üzv olmayan ölkələrdən hasilatı gündəlik 1 milyon barelin üzərində azaldacağını gözlədiyini söyləyib.
Fabiani, OPEC üzvləri və OPEC-ə üzv olmayan ölkələrin mərhələli olaraq neft qiymətlərini qaldırmağa çalışacağını qeyd edib.
Səudiyyə Ərəbistanının birinci mərhələdə neft qiymətlərini 60 dolların üzərinə çıxarılması məqsədi güddüyünü bildirən Fabiani, "Səudiyyə üçün neftin qiymətində hədəf 70 dollardır, yekun məqsəd isə qiymətin 70 ilə 90 dollar arasında olmasıdır. Bu qiymət aralığı mühüm bir iqtisadi şokun qarşısını almaq üçün yetərli olacaqdır",- deyib.
Qeyd edək ki, ABŞ, Rusiya və Səudiyyə Ərəbistanının xam neft hasilatlarının rekord həddə çatması ilə əlaqədar olaraq Brent növü xam neftin barrel qiyməti 4 Oktyabrdakı 86 dollardan 33 faiz azalma ilə 29 Noyabrda 57,5 dollara geriləmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
3 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
4 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
4 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
20 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Ən çox oxunanlar
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!






















