“ASE EXPRESS & OCS, DSV” Caspian Energy Forum Baku 2017-nin partnyoru olub
“ASE EXPRESS & OCS, DSV” şirkəti 2017-ci il aprelin 12-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum – 2017-nin (www.caspianenergyforum.com) partnyoru olub.
Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin məlumatına görə, «ASE EXPRESS & OCS, DSV» Beynəlxalq Caspian Energy Forum-un partnyoru olub. Şirkət Caspian European Club-un (Caspian Business Club) və Caspian American Club-un sabit partnyorudur və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində tərəfimizdən təşkil olunan tədbirlərdə fəal iştirak edir.
«ASE EXPRESS & OCS, DSV»nin Bakı ofisinin Baş direktoru Rəşad Abbasov bildirib ki, onlar Xəzər regionu üçün özündə dünyanın 50 ölkəsindən olan biznesmenləri birləşdirən Caspian Energy Forum - 2017 kimi əhəmiyyətli tədbirin partnyoru olduqları üçün çox razıdılar. O qeyd edib ki, şirkət Caspian European Club (Caspian Business Club) və Caspian American Club ilə sıx əməkdaşlıq edir və klubun təşkil etdiyi tədbirlərdə fəal iştirak edir.
«ASE EXPRESS & OCS, DSV» şirkəti 1994-cü ildən Azərbaycanın yükdaşıma bazarında fəaliyyət göstərir, ASE EXPRESS, OCS və DSV türk və yapon nəqliyyat şirkətlərinin nümayəndəsidir. Şirkət Qərbi və Şərqi Avropadan, Mərkəzi və Cənub-Şərqi Asiyadan, Şimali və Cənubi Amerikadan Azərbaycanın istənilən nöqtəsinə vaxtlı-vaxtında mal çatdırılmasını təmin edir, yüklərin konsolidasiyasından və sığortadan tutmuş gömrük rəsmiləşdirilməsinə kimi əlavə xidmətlərini təşkil edir.
Caspian Energy Forum-2017-də Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurum rəhbərləri, Azərbaycan Respublikasında akkreditə edilmiş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin nəhəng beynəlxalq şirkətlərin başçıları iştirak edəcəklər. Forumun işinə dünyanın 50 ölkəsindən 500 deleqat qatılacaq.
Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr ediləcək. İkinci sessiya Xəzər regionu ölkələrinin enerji sektorunun inkişafı mövzusunu əhatə edəcək. Üçüncü sessiya isə qeyri-neft sektorunda həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi ilə bağlı olacaq.
4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin sponsoru həmçinin “R.İ.S.K.” Elmi-İstehsalat Şirkətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)










.jpg)



