Orta aylıq maaş açıqlandı - AZALIB
2018-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8 faiz artaraq 540,0 manat olmuşdur. Bu barədə "Marja"ya Dövlət Statistika Komitəsindən bildirilib.
2018-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8 faiz artaraq 540,5 manat olmuşdu.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
2018-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq 1 milyon 552,8 min nəfər olmuş, onlardan 884,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 668,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 21,4 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,4 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 7,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 7 d. əvvəl
-
-
15 d. əvvəl
""Azərbaycan Dəmir Yolları" 2030-cu ilə qədər 20 qatar almağı planlaşdırır"
-
16 d. əvvəl
"Gələn il Ağdam-Xankəndi dəmir yolunun açılışı planlaşdırılır"
-
18 d. əvvəl
Azərbaycan ilk rübdə daha çox buğda alıb - 83 MİLYON DOLLAR XARİCƏ GEDİB
-
41 d. əvvəl
"İranla sərhəddə yaradılan infrastruktur günə 1000 avtomobilin keçməsinə imkan verəcək"
-
42 d. əvvəl
Prezident İlham Əliyevin Antalyada Moldova Prezidenti ilə görüşü olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Aprelin 18-də gözlənilən hava şəraiti
İlham Əliyev Şimali Kipr Prezidenti ilə görüşüb
Ən çox oxunanlar
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Prezident İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb
Buğda qiymətlərində artım başlayıb
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Azərbaycan xaricdən ət alışını daha da artırıb - 3 AYDA 29 MİLYON DOLLARIN ÖLKƏDƏN ÇIXMASINA SƏBƏB OLUB




.jpg)
.jpg)








.jpg)








