Bakının mərkəzində tam yeni üslubda ilk Bakcell konsept mağazası açıldı
(®) İlin sonuna kimi buradan mobil telefon alan abunəçilərə 2019-cu il boyu pulsuz danışıq və giqabaytlarla pulsuz internet
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Bakı mərkəzində, Fəvvarələr meydanında tam yeni üslubda olan konsept mağazasını istifadəyə verib.
İnnovativ konsepsiya əsasında dizayn olunmuş bu mağaza özündə nömrə və cihaz satışı ilə yanaşı müştəri xidməti funksiyasını birləşdirir.
“Bakcell özünün üstün xidmətləri və ən sürətli mobil şəbəkəsi ilə çox əlverişli qiymətə yüksək keyfiyyət təklif edir. Biz çalışırıq ki, “Bakcell”in innovativ məhsul və xidmətlərini həm Bakı ərazisində, həm də Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərimiz üçün daha əlçatan edək. Bu il biz ölkənin müxtəlif regionlarında yeni satış və müştəri xidmətləri mərkəzlərinin açılışını etdik. Bu gün isə Bakının mərkəzində tam yeni konsepsiyaya malik innovativ mağazanı abunəçilərimizə təqdim edirik. Növbəti illər ərzində bu cür mərkəzlərin sayını artıracağıq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.
Hacı Zeynalabdin Tağıyev küçəsi 19 (Fəvvarələr Meydanı) ünvanındakı yeni mağazanın açılışı ilə əlaqədar Bakcell şirkəti xüsusi kampaniya elan edib.
“2018-ci ilin dekabrın sonuna qədər bu mağazadan istənilən model mobil telefon alan hər bir müştəri gələn il pulsuz danışacaq və pulsuz internet əldə edəcək”, deyə Nikolai Beckers əlavə edib.
Qeyd edək ki, kampaniya şərtlərinə əsasən, ilin sonuna kimi əldə olunan hər bir mobil telefonla bərabər Bakcell abunəçilərinə bir illik pulsuz və limitsiz şəbəkədaxili zənglər və hər ay 4 GB internet hədiyyə veriləcək. Abunəçi həmin interneti istifadə etdikdən sonra isə, hər bir giqabaytın qiyməti cəmi 0.25 AZN edəcək. Mağazadan telefon aksesuarları alan müştəriləri də maraqlı hədiyyələr gözləyir.
Bakcell şirkəti özünün yüksək keyfiyyətli xidmətlərini və ölkədə ən yüksək sürətli mobil şəbəkəni Azərbaycanın bütün bölgələrində yaşayan müştərilərinə təqdim etmək məqsədilə həm mobil rabitə şəbəkəsini, həm də müştəri xidməti və satış şəbəkələrini genişləndirməyə davam edəcək.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
3 d. əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
-
- 31 d. əvvəl
-
40 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 59 d. əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər



















