Topdansatışla məşğul olanlara aministiya verilir – Mallar haqqında məlumat verin,...
"Anbarındakı sənədsiz mallar haqqında məlumat ver, vergini ticarət əlavəsindən hesablayaq"
“Vergi qanunvericiliyinə edilən əlavə və dəyişikliklərdən sonra biz topdan satışla məşğul olanlar üçün aministiya elementlərini görürük”.
“Marja”nın məlumatına görə, bunu Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bildirib.
Onun sözlərinə görə, indiyədək 6% sadəlşdirilmiş vergi ilə işləyən topdan ticarət fəaliyyətilə məşğul olan sahibkarlara bir növ aministiya verilir. Onalara qanunla müəyyən olunmuş müdətdə sahib olduqları malları vergi orqanına bəyan etmək təklif olunur:
“İndiyədək 6%-lik sadələşdirilmiş vergi ilə işləyən topdan ticarətçilərin sahibliyində küllü miqdarda mallar var. Əslində həmin mallara münasibətdə vergi orqanı bir növ aministiya tətbiq edir. Qanunun keçid müddəasında heç bir şey yazılmasaydı, vergi orqanı ciddi vergi nəzarəti ilə alış sənədinin olub-olmamasından asılı olmayaraq həmin malların satışında əlavə dəyər vergisini ümumi məbləğdən hesablaya bilərdi. Amma qanunun keçid müddəası imkan verir ki, ilkin uçot sənədi olmasa belə, hətta qanunu pozaraq belə əldə edilibsə, həmin mallar haqqında qanunla müəyyən olunmuş forma və müddətdə məlumat verilsin. Əgər həmin mallar haqqında məlumat verilsə, sonradan həmin məhsulların şəfaf şəkildə təqdim olunmasından (satışından) vergi alış-satış qiymətləri arasındakı fərqdən (ticarət əlavəsindən) hesablanacaqdır. Bu da əslində qanunda aministiyanın bir elementidir”.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
























