Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!
(®) Bölgələrdə yaşayan Bakcell abunəçilərinə 4G şəbəkəsini tamamilə pulsuz sınaqdan keçirmək və yüksəksürətli internet təcrübəsindən yararlanmaq üçün unikal fürsət verilir
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin daha 6 bölgəsinin sakinlərinə 5 Giqabayt həcmində PULSUZ 4G interneti əldə etmək və ölkənin telekommunikasiya bazarında ən müasir texnologiya və ən innovativ müştəri təcrübəsi ilə tanış olmaq fürsəti qazandırır.
Bakcell əhatə dairəsi və şəbəkə həcmi baxımından ölkənin ən böyük 4G (LTE) şəbəkəsinə malikdir. Şirkətin 1700-dən çox LTE baza stansiyasından ibarət 4G şəbəkəsi gündən-günə genişlənir və artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzini əhatə edir. Özünün 4G şəbəkəsinin əhatə dairəsini Azərbaycanın bölgələri üzrə sürətlə genişləndirən Bakcell həmin bölgələrdə yaşayan abunəçilər üçün təşkil edilmiş xüsusi kampaniya çərçivəsində 4G şəbəkəsində istifadə etmək üçün 5 Giqabayt PULSUZ İnternet hədiyyə edir. Ağsu, İsmayıllı, Biləsuvar, Sabirabad, Şamaxı və Bərdədə yaşayan abunəçilər pulsuz internet trafiki əldə edib ölkənin ən sürətli və etibarlı mobil şəbəkəni sınaqdan keçirməyə imkan qazanıblar.
Yuxarıda qeyd olunan bölgələrin sakinləri 15 yanvar – 28 fevral tarixləri arasında keçiriləcək bu kampaniyada iştirak etmək üçün sadəcə telefonda *304#YES kodunu yiğmalı və cihazın ayarlarında 4G/LTE şəbəkəsini şeçməlidirlər. Qeyd edək ki, bundan əvvəl həmin kampaniya Azərbaycanın 30-dan çox digər bölgəsində həyata keçirilib.
4G texnologiyası mobil cihaz vasitəsilə həyata keçirilən yükləmə, video zəng, mobil televiziya və ya sosial şəbəkələrdən istifadə kimi əməliyyatların sürətini əhəmiyyətli dərəcədə yüksəltmək üçün yaradılmış dördüncü nəsil simsiz məlumatötürmə şəbəkəsidir. Sözügedən texnologiya sayəsində Bakcell abunəçiləri yüksək həllolma əmsalı ilə 4K kontentini izləmək və yükləmək, əyləncə proqramlarına ani giriş əldə etmək, HD keyfiyyətində onlayn video izləmək, canlı konsert və idman proqramlarına baxmaq və mürəkkəb yeni nəsil mobil tətbiqetmələrindən istifadə etmək imkanına malikdirlər.
Kampaniya zamanı təqdim olunan PULSUZ internet trafikindən istifadə etmək fürsəti hər abunəçiyə yalnız bir dəfə verilir. Kampaniyadan yararlana bilmək üçün abunəçinin mobil cihazı 4G şəbəkəsini dəstəkləməli və 4G SİM-kartla təmin olunmalıdır. Qeyd edək ki, yuxarıda qeyd olunan bölgələrdə yaşayan Bakcell abunəçiləri yaşadıqları əraziyə yaxın olan Bakcell Müştəri Xidməti Mərkəzinə və ya “Bakcell”in diler dükanına yaxınlaşıb öz köhnə SIM kartını yeni 4G SIM-kartı ilə PULSUZ dəyişə bilərlər.
5GB həcmində PULSUZ internet yalnız “Bakcell”in 4G şəbəkəsində 30 gün ərzində istifadə oluna bilər. Həmçinin, hədiyyə 5GB paketi yalnız yuxarıda qeyd olunan rayon və şəhərlərin ərazisində istifadə oluna bilər.
Daha ətraflı məlumat https://www.bakcell.com/az/free_5_gb_internet_on_4g_network səhifəsində təqdim edilir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
5 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
5 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
6 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























