“AzerTelecom” Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir
(®) Hazırda 4-cü sənaye inqilabı şəraitində dünya ölkələrində iqtisadiyyatın rəqəmsallaşması və sürətli transformasiyası prosesləri gedir. Son 25 il ərzində aparılan fəaliyyətin nəticəsi olaraq regionun enerji və nəqliyyat mərkəzinə çevrilmiş Azərbaycan da artıq 4-cü sənaye inqilabının astanasındadır və iqtisadiyyatın rəqəmsallaşması, bilik iqtisadiyyatının qurulması və innovasiyaların tətbiqi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və ölkəmizin tranzit potensialının gücləndirilməsi istiqamətində son illər bir sıra mühüm layihələr icra edilir. Hazırda Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətinin törəmə şirkəti olan AzerTelecom Azərbaycanın regionun “Rəqəmsal Məkəz”inə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramının icrasına başlayıb.
Azerbaijan Digital Hub proqramının əsas hədəfləri
“Azerbaijan Digital Hub” proqramının əsas hədəfi Azərbaycanın telekommunikasiya ekosisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə qalxması, ölkənin İnternetin alışında xarici ölkələrdən asılılığının minimuma endirilməsi, perspektivdə isə Azərbaycanın regionda İnternetin satışında mərkəzi ölkəyə çevrilərək, rəqəmsal xidmətlər idxal edən tərəfdən “Made in Azerbaijan” brendi altında bu xidmətləri istehsal və qonşu regionlara ixrac edən ölkəyə transformasiya olunmasıdır.
“Azerbaijan Digital Hub” proqramı çərçivəsində Azərbaycanın gələcəkdə Qafqaz, Yaxın Şərq, Orta Asiya və Cənub Asiya ölkələrini əhatə edən böyük bir regionun Rəqamsal Mərkəzinə çevrilməsi bu regionlarda yaşayan 1.8 milyard əhalinin (dünya əhalisinin ¼-i) müxtəlif rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsinə şərait yaradacaq. Ölkəmizin regionda İnternetin təkcə tranzitində deyil, həmçinin də satışında mərkəzi ölkəyə çevrilməsi isə dünyanın İnternet xəritəsinə London, Frankfurt, Sofiya, İstanbul, Moskva, Amsterdam və Dubay kimi İnternet Mərkəzlər ilə yanaşı Bakının da əlavə olunması deməkdir. Bu proqram həmçinin Rəqəmsal Mərkəzdə dünya brendlərinin (Apple, Google, Amazon, Alibaba, Facebook, Netflix və s.) cəmləşməsinə də şərait yaradacaq.
“Azerbaijan Digital Hub” proqramı nəticəsində Azərbaycanın Regionun Rəqəmsal Mərkəzinə çevrilməsi hazırda Çin hökumətinin təşəbbüskarı olduğu “Belt and Road Initiative” layihəsində Azərbaycanın da iştirakına töfhə verəcək. “Belt and Road Initiative” layihəsi Avropa, Asiya və Afrika ölkələrində infrastruktur inkişafı, investisiya yatırımlarını özündə ehtiva edir ki, Azərbaycan da “Rəqəmsal Mərkəz” kimi “Belt and Road Initative” qlobal layihəsinin bir hissəsinə çevrilir.
“Azerbaijan Digital Hub” proqramının reallaşması nəticəsində Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində olan böyük magistral fiber-optik şəbəkələr Azərbaycanda birləşəcək. Dünyanın qlobal tranzit magistral şəbəkələrinin Azərbaycanda kəsişməsi ilə yanaşı Azərbaycanda bu regionun ən böyük Data Mərkəzi də qurulacaq. AzerTelecom artıq “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə ölkə daxilində dəmiryol xətlərinin mühafizə zolağı boyunca yeni dayanıqlı magistral fiber-optik kabel infrastrukturunun tikintisinə başlayıb və müvafiq investisiya qoyuluşları həyata keçirilib. Bu imkan verir ki, Şərq-Qərb, Şimal-Cənub istiqamətlərində olan magistral xətlərin Azərbaycanda kəsişməsi reallaşsın.
Proqram mühüm üstünlüklərə sahibdir
“Azerbaijan Digital Hub” proqramının ölkəmiz üçün mühüm üstünlükləri vardır. Yuxarıda qeyd olunanlarla yanaşı bu üstünlüklər həmçinin ondan ibarətdir ki, dövlət investisiyası cəlb olunmadan ölkə iqtisadiyyatının inkişafı üçün yeni imkanlar yaranacaq, regionda rəqəmsal logistik mərkəz qurulacaq, qeyri-neft sektoruna investisiyaların cəlb edilməsinə və onun inkişafına güclü təkan verilməklə rəqəmsal iqtisadiyyata töhfə veriləcək. Proqramın icrası elektron xidmətlərin inkişafına və ölkənin kiber-təhlükəsiziliyinin təmin edilməsinə də töhfə verəcək.
Həmçinin “Azerbaijan Digital Hub” proqramı çərçivəsində rəqəmsal sahədə yeni iş yerləri yaranacaq, hər-hansı intellektual beyinlərin axınının qarşısının alınması və xaricdə olan savadlı Azərbaycanlı mütəxəssislərin geri dönüşü üçün yeni imkanlar açılacaq və Azərbaycanda startapların inkişafı və onların ölkədə qalması üçün münbit bir ekosistem formalaşacaq. Proqram həmçinin kiçik və orta sahibkarlığın inkişafına və Azərbaycanda Rəqəmsal İqtisadiyyatın inkişafına töhfə verəcək.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
10 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 10 saat əvvəl
-
10 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 11 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
















