AQTA sədrindən sertifikatların baha olması narazılığına münasibət

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli kənd təsərrüfatı məhsulları üçün tələb olunan sertifikatların qiymətinin baha olması ilə bağlı sahibkarların narazılığına münasibət bildirib.
Agentliyin sədri "Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı hazırlanan dövlət rüsum və tariflərin ekspertizaya sərf olunan kompanentlərin, inqridentlərin hesablamasına əsasən təyin olunduğunu deyib.
Onun sözlərinə görə, AQTA yaradılana qədər ölkədə aqrokimyəvi preparatların ekspertizası 10 manata həyata keçirilirdi: "Lakin bir pestisidin ekspertizasının həyata keçirilməsi üçün onun maya dəyəri, taksikoloji analizləri 170 manata başa gəlir. Ona görə də hazırda həmin məhsulların ekspertizası dövlət tərəfindən qazanc məqsədi ilə həyata keçirilmir. Bu sadəcə ekspertizanı həyata keçirmək üçün heç olmasa minimum sərf olunan reaktivlərin və ləvazimatların maya dəyərini ödəmək üçün edilir".
Q.Təhməzli qeyd edib ki, sahibkarlar üçün təqdim edilən rəqəmlər maya dəyərindən aşağıdır: "Bir çox hallarda dövlət onun böyük hissəsini öz üzərinə götürür. Nəzərə almaq lazımdır ki, qonşu ölkələrdə belə sertifikatların qiyməti qat-qat bahadır. İstər qida, istərsə də qeyri-qida məhsulları ilə bağlı dövlət tərəfindən sahibkarlara kömək edilir. Yəni həm idxal, həm də ixrac zamanı ekspertizaların həyata keçirilməsi Tarif Şurası tərəfindən müəyyən olunmuş rəqəmlərə əsasən təyin olunur. Hesablanmış tariflər hazırda qazanc məqsədi ilə deyil, minimum sərflərin ödənməsini təmin edir. Hesab edirəm ki, bu sahədə dövlət kifayət qədər yükü öz üzərinə götürür".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 10 saat sonra
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
6 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
