Hərracda banklara satılan Dolların məbləği məlum oldu
Bu gün, fevralın 28-də Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirdiyi valyuta hərracında satışa təklif olunan 35 milyon ABŞ dolları vəsaitinə tələbat 34,12 milyon dollar və ya 97,5% təşkil edib.
Xəbər verdiyimiz kimi, 28 fevral 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın orta çəkili məzənnəsi 1,7514 səviyyəsində formalaşmışdır.
Qeyd edək ki, bugünkü hərracda dolların məzənnəsi artsa da, kommersiya bankları nağd valyutanın satış qiymətini azaltmağa davam edir. Belə anlaşılır ki, bir müddət sonra AMB-nin rəsmi məzənnəsi ilə bankların satış qiyməti bir-birinə maksimal dərəcədə yaxınlaşacaq. Bu da onu göstərir ki, AMB müxtəlif maliyyə alətlərindən istifadə etməklə valyuta spekulyasiyalarının qarşısını almaq və sabit məzənnə rejiminə nail olmaq niyyətindədir.
Dollara tələbatın bu ilin sonuna qədər sabit qalmaqda davam edəcəyi gözlənilir. Buna səbəb fiskal xərclərin azaldılması və AMB-nin manat kütləsini sterilizasiyası etməsi (dövriyyədən çıxardılması) amilləri göstərilir.
2018-ci ildə isə dünya bazarında neftin qiymətinin dəyişməsindən asılı olaraq məzənnədə dəyişiklik baş verə bilər. Mərkəzi Bankın qarşısında duran əsas vəzifə iqtisadi artıma nail olmaqdır ki, bu da cari vəziyyətdə bir qədər çətin görünür. "Belə ki, iqtisadi artımın sürətlənməsi bilavasitə bank sektorunun kreditləşməni bərpa etməsi ilə əlaqəlidir. Kreditləşmənin bərpası isə öz növbəsində manatın məzənnəsinin sabitliyinə bağlıdır. Görünən odur ki, olkədə manatın məzənnəsinin sabitləşməsi məqsədi ilə inzibati təsir tədbirlərinə üstünlük verilir və sterilizasiyanın miqyasının genişləndirilməsi də bunu təsdiq edir".
Dolların məzənnəsinin sabitləşməsi fonunda investorlara gəlirliliyi artırmaq məqsədi ilə sərbəst aktivlərini qısamüddətli manat depozitlərinə keçirilməsi məsləhət görülür.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
Ən çox oxunanlar
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq



















