Azərbaycan Prezidenti Pakistan Prezidentilə görüşüb
Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin təkbətək görüşü olub.
Səmimi şəraitdə keçən görüşdə Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin 2015-ci ildə Azərbaycana səfəri məmnunluqla xatırlandı. Pakistan Prezidenti Azərbaycana bu səfərdən xoş təəssüratlarla ayrıldığını bildirib.
Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı Azərbaycanın və Pakistanın bir-birinin ədalətli mövqeyini dəstəkləməsində qətiyyət göstərdikləri vurğulanıb.
Söhbət zamanı regional təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə olunub.
Sonra görüş geniş tərkibdə davam etdirilib.
XXX
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 28-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə təkbətək görüşü olub.
Prezident İlham Əliyev Baş nazir Məhəmməd Nəvaz Şərifə yüksək qonaqpərvərliyə görə təşəkkür etdi. Məhəmməd Nəvaz Şərifin Bakıya uğurlu səfəri xatırlandı.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirildi. Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələr müzakirə edildi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulandı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verdiyi və qətiyyətli mövqe nümayiş etdirdiyi bir daha vurğulandı.
Görüşdə müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələr müzakirə olundu. Azərbaycanın Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal etməsi ilə bağlı razılaşma əldə edildi. Bundan əlavə, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulandı, fevral ayında 20-yə yaxın Azərbaycan şirkətinin Pakistanda ixrac missiyasında olduğu və bu missiyanın Azərbaycanın Pakistana ixracının artırılması məqsədi daşıdığı qeyd edildi.
Söhbət zamanı energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi, bu gün imzalanan Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında enerji sahəsində əməkdaşlıq haqqında Sazişin bu sahədə uğurlu addım olduğu vurğulandı.
Görüşdə humanitar və mədəni sahədə əlaqələr müzakirə olundu. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitinin yüksək səviyyədə təşkil olunması ilə bağlı Baş nazir Məhəmməd Nəvaz Şərifə minnətdarlığını bildirdi.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirildi.
Daha sonra Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında enerji sahəsində əməkdaşlıq haqqında Saziş imzalandı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 35 d. əvvəl
-
56 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi






















