“Mətanət A” şirkətinin əməkdaşları arasında boulinq turniri keçirilib
(®) Uğurlu biznes strategiyası ilə artıq 20 ilə yaxındır Azərbaycanın inşaat materialları bazarında liderliyini qoruyub saxlayan “Mətanət A” şirkəti əməkdaşlarının asudə vaxtlarının səmərəli təşkilini də diqqətdən kənarda qoymur. Şirkət rəhbərliyi əməkdaşların istər iş şəraiti, istərsə istirahət imkanlarının yüksək səviyyədə olmasına önəm verdiyini əməli işlərlə dəfələrlə sübut edib.
Əksəriyyəti gənclərdən ibarət olan şirkət kollektivi 2 Fevral Gənclər Gününü də boulinq turniri ilə qeyd edib. Səmərəli istirahət zövqünü yaşayaraq pozitiv enerjiyə köklənmiş işçi kollektivinin gördüyü iş də məhsuldar və faydalı olur. Şirkətin uğurlarının mənbəyi də bu cür gözəl korporativ komandadır.
Qeyd edək ki, sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan “Mətanət A” şirkətinin əsası 2000-ci ildə qoyulub və qısa müddət ərzində innovativ texnologiyalar sayəsində yüksək inkşaf nümayiş etdirməklə milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olub. Hazırda şirkət 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir. Bu şirkətin altı zavodu fəaliyyət göstərir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
-
8 d. əvvəl
FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- 8 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
16 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi
Toyota artıq Yaponiyanın ən dəyərli şirkəti deyil
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub























