“Microsoft” və “Gilan Holding” arasında mühüm saziş imzalanıb
“Microsoft” korporasiyası kibertəhlükəsizliyin yaxşılaşdırılması üzrə Azərbaycan hökumətinin strategiyasının dəstəklənməsi çərçivəsində “Gilan Holding” ilə yeni korporativ müqavilə (“Enterprise Agreement”) imzalayıb.
Şirkətlərin birgə yayadığı məlumata görə, bununla da “Microsoft” rəqəmsal transformasiya sahəsində sözügedən şirkətlər qrupunun strateji tərəfdaşına çevrilib.
Azərbaycanın ən iri holdinqi sayılan “Gilan” hazırda “Microsoft”un ən son texnologiyalarından istifadə edərək süni intellekt və sürətli idarəetmə sürətinin optimallaşdırılması sahələrində uğur qazanmağa imkan verir.
Sazişin əsas məqsədi informasiya texnologiyalarının tətbiqi və pirat proqram təminatının aradan qaldırılması istiqamətində Azərbaycan hökumətinin siyasətini dəstəkləmək, yeni nəsil informasiya texnologiyalarının biznesə daxil edilməsi prosesində texnologiya nəhəngindən dəstək almaqdır.
“Biz “Microsoft” şirkəti olaraq ölkənin ən böyük özəl strukturlardan biri olan “Gilan Holding”lə əməkdaşlığa başlamaqdan məmnunuq. Üzərimizə götürdüyümüz öhdəlik eyni zamanda “Azure” vasitəsilə süni intellekt xidmətlərini təmin etməklə və rəqəmsal transformasiya köməyi ilə beynəlxalq rəqabətqabiliyyətini artırmaqla holdingin müxtəlif biznes portfellərinin idarəolunmasını asanlaşdıracaq. Əməkdaşlığımız məhsuldarlığı və efektiv idarəetmənin inkişafına gətirib çıxaran informasiya texnologiyalarına olan inam səviyyəsini artırmaq məqsədini daşıyır”, - deyə “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.
IDC-nin məlumatına görə, son bir neçə il ərzində kibercinayətkarlığın səviyyəsi misli görünməmiş miqyasa çatıb və müxtəlif müəssisələrdə bir sıra İT-infrastruktura dəymiş ziyanın həcmi təxminən 400 milyard ABŞ dollarına bərab olub. Kibercinayətkarlar qeyri-qanuni maliyyə mənfəəti üçün zərərli proqramlar yaradır və məlumatların oğurlanması, casusluq və ya digər cinayət əməllərini həyata keçirirlər. Bu səbəbdən saxta və ya lisenziyasız proqramları istifadə edən təşkilatlar riskə məruz qalır.
MDB ölkələri hazırda rəqəmsal transformasiya dövrünü yaşayırlar. Bu prosesin çətin olmasına baxmayaraq, ölkə iqtisadiyyatı üçün çox vacibdir. Azərbaycanda İKT iqtisadiyyatın qeyri-neft sektorunda prioritet sahələrindən biridir. “Gilan Holding” Azərbaycan iqtisadiyyatının əsas iştirakçılarından bir olaraq, informasiya texnologiyalarını da rəqəmsal transformasiya prosesinin prioritetlərindən biri hesab edir.
"“Microsoft”la sözügedən sənədin imzalanması “Gilan Holding”ə texnologiya inkişafında yeni səviyyəyə keçid prosesində yüksək nailiyyətlər əldə etməyə imkan verəcək", - deyə “Gilan Holding”in İnformasiya texnologiyaları üzrə direktoru Nizami Mənsirov qeyd edib.
“Microsoft” ilə müqavilənin ratifikasiyası “Gilan Holding”in rəqəmsal transformasiyaya doğru ilk qlobal addımıdır. “Azure”/”Cloud” məhsul və öhdəliklərini nəzərə alan bu saziş özündə informasiya texnologiyaları sahəsində dövlət siyasətini və pirat proqramından imtinanı əks etdirir.
“Microsoft”un texnologiyalarına biznes proseslərin şəffaflığı, proqnozlu analitika və orijinal proqram təminatından istifadə edərək informasiya sistemlərinin etibarlılığına, o cümlədən lazımsız İT-risklərdən, kiberhücumlardan və şəxsi məlumatların oğurlanmasından müdafiəyə zəmanət verən texniki dəstək daxildir.
Hazırda “Gilan Holding” hibrid və bulud həlləri əsasında “Azure”dan istifadə etməklə idarəetmə üçün süni intellekt xidmətlərini təqdim edir. Bundan başqa, sözügedən yeni sistemlər kadrların inkişafına kömək edəcək və yeni texnologiyaların faydalarını maksimum dərəcədə artıracaq.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
5 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 7 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var

















