Hacıqabuldakı "QAZ" avtomobil zavodunda yığılacaq avtomobillərin yarısı xaricə satılacaq
“Bu gün Hacıqabulda təməli qoyulan "QAZ" avtomobil istehsalı zavodunda yığılacaq avtomobillərin yarısı Azərbaycanın daxili bazarında satılacaq”.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Hacıqabulda "QAZ" avtomobil istehsalı zavodunun təməlqoyma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib: “Bu zavod Rusiya texnologiyalarına əsaslanacaq. Bura 8 mln. dollardan çox sərmayə qoyulacaq. Bir il yarıma (gələn ilin sonunadək) zavodun tikintisi başa çatacaq. İldə 1 000 avtomobil istehsal olunacaq. 100 yeni iş yeri açılacaq. Zavodda yığılacaq avtomobillərin yarısı Azərbaycanın daxili bazarında satılacaq, qalanı ixrac olunacaq”.
Nazir bildirib ki, Azərbaycan Rusiya əlaqələri çox uğurla inkişaf edir, iki ölkə arasında əlaqələr yüksək səviyyədədir: “Bu uğurların təməlində hər iki ölkə rəhbərlərinin siyasi iradəsi dayanır. Ölkələr arasında əlaqələr bütün sahələrdə inkişaf edir. Siyasi əlaqələr də yüksək səviyyədədir. Ölkələr strateji tərəfdaşlardır. Bütün sahələrdə uğurlar göz qabağındadır. Siyasi, enerji, nəqliyyat, sənayə, humanitar, təhsil, ticarət əlaqələri genişlənir. Ötən il ticarət dövriyyəsinin 20-%-dək artımı da buna sübutdur”.
Qeyd edək ki, bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın "Qorki Avtomobil Zavodu” (QAZ Qrup) şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub.
2018-ci ilin aprel ayında “QAZ” markalı avtomobillərin Azərbaycanda yığımına dair əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədə əsasən, Rusiya tərəfi azərbaycanlı tərəfdaşlarını lazımi qədər maşın hissəsi ilə təmin edəcək və Hacıqabulda yığım həyata keçiriləcək. Söhbət yüngül kommersiya maşınları - "QAZel Next", "QAZel Biznes", eləcə də orta tonnajlı yük maşını - "QAZon next"dən gedir. Bundan başqa, təcili tibbi yardım və məktəb maşınları üçün avadanlıqların istehsalı da nəzərdə tutulur. İstehsal prosesində Azərbaycanda hazırlanmış komponentlərdən istifadə edilməsi də planlaşdırılır.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 23 saat sonra
- 21 saat sonra
-
6 d. əvvəl
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 11 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“MJ Financial Services BOKT”ın səhmlərini 2 investor əldə etdi - KAPİTALI KƏSKİN ARTIR
-
1 saat əvvəl
"ABB Invest" Qusarda keçirilmiş “İnvestisiya Səyahəti” tədbirində iştirak edib
-
2 saat əvvəl
"Rabitəbank"da yığıncaq keçiriləcək, törəmə şirkətinin rəhbərliyinin tərkibi təsdiq ediləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
AZAL internet provayder xidməti göstərəcək
"Rabitəbank"da yığıncaq keçiriləcək, törəmə şirkətinin rəhbərliyinin tərkibi təsdiq ediləcək
Ən çox oxunanlar
Şaxta Baba da Bank Respublika-dan hədiyyə qazanmağa tələsir
“Bakı Ağ Şəhər”də asma piyada körpüsü açıldı
“Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR
Mis qiymətləri yüksəlməkdə davam edir
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda Mudaraba və Murabaha məhsulları sınaqdan keçiriləcək
İri mağazalar şəbəkəsinin dekabra 2 filailı açılıb




















