Güzəştli mənzillərin tikintisi ilə bağlı əsas suallar müzakirə edildi

Bu gün (1 mart) Bakıda “Caspian European Club” (“Caspian Business Club”) və “Caspian American Club” tərəfindən təşkil olunmuş və Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyevin iştirak etdiyi biznes-forumda güzəştli mənzillərin tikintisi ilə bağlı əsas suallar müzakirə edilib.
Biznes forumda çıxış edən Samir Nuriyev Agentliyin fəaliyyəti və həyata keçirilən layihələri barədə məlumat verdi. Bununla yanaşı, görüşdə özəl sektorla əməkdaşlığın mümkün istiqamətləri, habelə “Caspian European Club” (Caspian Business Club) və “Caspian American Club”-un üzvləri olan şirkətləri maraqlandıran digər suallar ətrafında müzakirə aparılıb.
Dövlət və sahibkarlar arasında səmərəli dialoqun qurulması üçün yaradılmış şəraitə görə klubun rəhbərliyinə minnətdarlığını bildirən Agentliyin direktoru hökumətin sosial siyasətinin reallaşdırılmasında özəl sektorun iştirakının əhəmiyyətini xüsusi vurğuladı. Eyni zamanda, Samir Nuriyev, biznes-forum iştirakçılarını “Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən güzəştli mənzil bazarının inkişaf prioritetləri haqqında da məlumatlandırdı. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli müvafiq Fərmanı ilə təsdiq edilən bu strateji sənədə istinad edən Samir Nuriyev güzəştli mənzillərin tikintisi layihələrinin reallaşdırılmasının mümkün mexanizmləri və dövlət-özəl əməkdaşlıq modelləri barədə də danışıb.
Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev Caspian European Club-un (Caspian Business Club) 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradıldığını xatırladıb. Caspian European Club-un (Caspian Business Club) Sədrinin Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyev olduğu vurğulanıb. Telman Əliyev qeyd edib ki, Caspian American Club-un yaradılması təşəbbüsü də Azərbaycanın dövlət başçısına aiddir.
Onun sözlərinə görə, təsis olunduğu ilk gündən Caspian European Club (Caspian Business Club) neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club (Caspian Business Club) dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.
Biznes-forumda şirkət rəhbərləri və səfirlər, bir sıra diplomatik qurumların və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Biznes-forumda Samir Nuriyevə Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un fəxri üzvlük sertifikatı təqdim edilib.
Caspian Energy, Caspian European Club, Caspian Business Club, Caspian American Club və CEO qeydiyyatdan keçmiş ticarət nişanıdır və Caspian Energy International Media Group-a məxsusdur.
Sözügedən biznes-forumda Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə və Avropa İttifaqının 100-dən artıq biznesmeni, həmçinin beynəlxalq təşkilatların nümayəndələri və Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
15 d. əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
41 d. əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
-
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək
-
2 saat əvvəl
Bank "BTB"nin Müşahidə Şurasının tərkibi haqqında məsələ müzakirə ediləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AFB Bank biznes müştəriləri üçün “Qazanclı Başlanğıc” kampaniyasını təqdim edir
-
2 saat əvvəl
"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı
Son Xəbərlər

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

“Bakı Fintex Forumu 2025” keçiriləcək
Ən çox oxunanlar

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı

Sentyabrın 20-də gözlənilən hava şəraiti

AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var

Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
