Bir cütü 80-100 manata, yumurtası isə 2-3 manata satılır
Brama toyuğu Malay və Koçin irqlərinin cütləşməsindən alınan Asiya irqi, Hindistanın “Brahmarutra” bölgəsinə aid toyuq cinsidir. Onun xarici görünüşü çox maraqlı, gözəçarpan və gözəldir. Kiçik saqqalı, tüklənmiş ayaqları, isti və soyuğa davamlı olması, sakitliyi ilə digər ev quşlarından fərqlənir.
Son illər Lənkəranda brama toyuqlarına maraq artıb. Bunun əsas səbəbi bu ev quşlarının saxlanmasının iqtisadi baxımdan əlverişli olmasıdır.
Əgər fərdi quşçuluq təsərrüfatında bəslənən adi toyuqların bir cütünün qiyməti 20 manat olduğu halda, brama toyuqlarında isə bu rəqəm 80-100 manat təşkil edir.
Lənkəran rayonunun Vilvan kənd sakini Sərraf Səmədov uzun illər fərdi təsərrüfatında quşçuluqla məşğul olub. Bəslədiyi yerli toyuqların çəkisi, xəstəliyə davamlılığı onu qane etmədiyindən o, bir müddət bu sahədən uzaqlaşıb.
Sonralar şəxsi təsərrüfatını bərpa edən fermer Rusiyadan gətirdiyi 5 brama toyuğunu artıraraq 100-ə çatdırıb.
S.Səmədov brama toyuqlarının saxlanılmasının rahat və sərfəli olduğunu bildirib: “Bu toyuqların saxlanılması olduqca asandır, soyuğa, xəstəliyə dözümlü və qidalanmasının rahat olması onun alıcıların sayını durmadan artırır. Bu ev quşlarını satmaq üçün bazara çıxarmıram, alıcılar fərdi təsərrüfatımda saxladığım bu cins toyuqları və onların yumurtalarını böyük həvəslə alırlar”.
Brama toyuqların birinin çəkisi 5, bəzi hallarda isə 7 kiloqram olur. Fermerin bəslədiyi toyuqların içərisində çəkisi 5 kiloqramadək olan ev quşları çoxluq təşkil edir.
Brama toyuqları əvvəllər ətlik istiqamətində bəslənsə də, sonradan gözəl görünüşünə və sakit davranışına görə həvəskarlar tərəfindən bəzək quşu kimi saxlanılır.
Qiymətlərə gəlincə, brama toyuqlarının bir cütü 80-100 manata, yumurtasının isə bir ədədi alıcılara 2-3 manata təklif olunur.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
-
5 saat əvvəl
"Artıq 6 aydır ki, sülh şəraitində yaşayırıq. Bu, xüsusi bir hissdir"
-
10 saat əvvəl
Bu gün daha 560 ton taxıl Azərbaycandan keçməklə Ermənistana göndəriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
-
10 saat əvvəl
Anthropic-in yeni süni intellekt plaginləri 300 milyard dollar itki yaratdı
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
-
12 saat əvvəl
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
-
12 saat əvvəl
“SmartCustoms” və “e.customs.gov.az”a daxil olma imkanları barədə yenilik
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Dedollarizasiya prosesinin sona qədər getməsini istəmirik"
Ən çox oxunanlar
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
PayPal-ın İcraçı direktoru dəyişib
Henkel Niderlandın örtük materialları şirkəti Stahl-ı satın alacaq
Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər
"Bəzi ekspertlər məzənnə ilə bağlı ajiotaj yaradırlar"
Azərbaycan-Özbəkistan İşgüzar Şurası yaradılacaq






















