Azərbaycanda sığorta haqlarının 83%-i 5 şirkətin payına düşüb
Bu ilin yanvar ayında Azərbaycanda toplanılmış 88,195 milyon manat sığorta haqqının 72,842 milyon manatı və yaxud 82,6%-i 5 sığorta şirkətinin payına düşüb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına görə, həmin şirkətlər "PAŞA Sığorta" (46,42 milyon manat), "PAŞA Həyat Sığorta" (10,876 milyon manat), "İpək Yolu Sığorta" (6,721 milyon manat), "Atəşgah Sığorta" (6,032 milyon manat) və "Qala Sığorta" (2,793 milyon manat) ASC-lərdir.
Ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "Naxçıvan Sığorta" (10 min manat), "Amrah Sığorta" (38 min manat), "Bakı Sığorta" (60 min manat), "Rəvan Sığorta" (181 min manat) və "Günay Sığorta" (204 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 493 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,55%-i deməkdir.
Qalan 11 sığorta şirkətinin ümumi yığımları isə 14,86 milyon manat (16,85%) təşkil edib.
ÖDƏNİŞLƏRİN 71%-İ 5 ŞİRKƏTİN PAYINA DÜŞÜR
Bu ilin yanvar ayında Azərbaycanda həyata keçirilmiş 17,156 milyon manat sığorta ödənişinin 12,239 milyon manatı və yaxud 71,3%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (5,787 milyon manat), "Atəşgah Sığorta" (1,801 milyon manat), "Atəşgah Həyat Sığorta" (1,788 milyon manat), "Atasığorta" (1,471 milyon manat) və "PAŞA Sığorta" (1,392 milyon manat) ASC-lərdir.
Ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Naxçıvan Sığorta" (0 min manat), "Bakı Sığorta" (15 min manat), "Amrah Sığorta" (20 min manat), "İpək Yolu Sığorta" (31 min manat) və "Rəvan Sığorta" (32 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 98 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,6%-i deməkdir.
Qalan 11 sığorta şirkətinin ümumi ödənişləri isə 4,819 milyon manat (28,1%) təşkil edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)







