Azərbaycanda ilk dəfə yüksək məhsuldarlığa malik qarğıdalı və soya toxumu yetişdiriləcək
Azərbaycanda əkinçilik tarixində ilk dəfə olaraq bu il hibrid toxum yetişdiriləcək. Bundan sonra fermerlərimiz yüksək məhsuldarlığa malik toxumları yerli istehsalçıdan ala biləcəklər.
“Səba” şirkəti atdığı bu addımı daha bir idxal məhsulundan azad olmaq məqsədi ilə izah edir.
“Hibrid toxum hər bitkidə olmur və hibrid sortların alınması ilə xüsusi şirkətlər məşğul olur. Yaxşı məhsuldar hibrid toxumları, biz özümüz də daxil olmaqla, əkinçilər məşhur toxumçuluq şirkətlərindən almaq məcburiyyətində qalırıq. Bu da bizim toxum üçün idxaldan asılılığımız deməkdir. Buna son vermək üçün bu il biz ata və ana qarğıdalı sortlarını gətirib Azərbaycanda toxumçuluq üçün ayırdığımız sahəmizdə əkəcəyik. Sonra isə beynəlxalq mütəxəssislərin yardımı ilə onları öz sahələrimizdə çarpazlaşdırıb, “calaq” – hibrid məhsulu əldə edəcəyik” – “Səba”-nın ictimaiyyətlə əlaqələr şöbəsindən belə deyiblər.
“Quşçuluq müəssisəmizdə bəslənən quşların yemi üçün idxaldan asılılığa son vermək məqsədilə 2012-ci ildə biz qarğıdalı yetişdirməyə başladıq. Bir neçə ildir ki, ölkədə bir ilk kimi iri sahədə soya becəririk. Toxumçuluq müəssisəmiz arpa, buğda, paxla və tərəvəz bitkilərinin toxumlarını yetişdirsə də, biz qarğıdalı və soya toxumlarını idxal edirik. Bizim kimi digər fermerlərin də bu toxumlara ehtiyacını görürük və yerli istehsalla bu ehtiyacın ödənilməsinin mümkünlüyünə əminik” – “Səba”-da bu fikirdədirlər.
“Səba” bu il hibrid toxum becərilməsi üçün Kürdəmir ərazisindəki 150 hektar sahəsini seçib. Müəssisədən verilən məlumata görə, hibrid (F1) qarğıdalı toxumu ilə yanaşı, orijinal soya toxumu da yetişdiriləcək. Bununla şirkət növbəti illərdə soya toxumçuluğunu da inkişaf etdirmək niyyətindədir.
“Öz toxumlarımızı özümüzün istehsal etməyimiz daha bir səbəbdən vacibdir – Azərbaycan fermerləri güvəndikləri istehsalçıdan toxum ala biləcəklər. Ölkəmizin qanunvericiliyi GMO - geni modifikasiya olunmuş bitkilərin yetişdirilməsini qadağan edir. Toxumları Azərbaycanda yetişdirməklə fermer becərdiyi məhsulun GMO olmadığına tamamilə əmin olacaq. Bitkinin geninə laborator şəraitdə müdaxilə ilə alınmış toxumlardan fərqli olaraq, açıq sahədə, ənənəvi çarpazlaşdırma – calaq üsulu ilə alınan hibrid toxumların yetişdirilməsini fermerlər özləri bizim tarlalarımızda müşahidə edə biləcəklər” – “Səba”-dan bildiriblər.
Qeyd edək ki, “Səba” qida sektorunun quş əti və süd məhsulları istehsalı kimi vacib sahələrində tanınmış brendə sahib olmaqla yanaşı, 7-ci ildir ki,əkinçiliklə məşğuldur. Ölkədə ilk iri taxılçılıq təsərrüfatı - “Qarabağ Taxıl”ın sahələrində növbəli əkinçiliklə qarğıdalı, soya, buğda yetişdirir. Bu bitkilərdən hazırlanmış yemlə “Səba” quşçuluq müəssisəsində bəslənən quşların yemə olan tələbatı ödənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
- 8 d. əvvəl
- 18 d. əvvəl
- 25 d. əvvəl
-
1 saat əvvəl
Sony gözləntiləri üstələyən mənfəət artımı açıqlayıb, proqnozunu yüksəldib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
- 2 saat əvvəl
-
12 saat əvvəl
"Artıq 6 aydır ki, sülh şəraitində yaşayırıq. Bu, xüsusi bir hissdir"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
"SOCAR AQŞ" növbəti iki ildə Türkiyədə 8 quyu qazacaq
Azərbaycan şirkəti İraqda tenderlərdə iştirak edir
Bitcoin-in qiyməti son 15 ayın ən aşağı səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
Qəhvə qiymətləri son 6 ayın ən aşağı səviyyəsini görüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
"Dedollarizasiya prosesinin sona qədər getməsini istəmirik"






















