“Nar” abunəçilərinin sayı 2 milyonu aşıb - 13% ARTIM
(®) Azərbaycanın ən gənc mobil operatoru “Nar”, 12 il ərzində əldə etdiyi nailiyyətlər və 2018-ci ilin yekunları ilə bağlı hesabatını açıqlayıb.
Media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında çıxış edən “Azerfon”- un baş icraçı direktoru Qunnar Panke bildirib ki, mobil operator ötən il ərzində bir çox göstəricilər üzrə yüksək nailiyyətlər əldə edib.
Baza stansiyalarının sayını sürətlə artıran və hazırda ölkədə ən geniş şəbəkələrindən birinə malik olan “Nar” 2018-ci ildə 170 3G, 800-dən çox 4G baza stansiyası quraşdırıb. Bununla da 2018-ci il üçün planlaşdırılan 3G baza stansiyalarının sayı 2600-ü keçib, 4G baza stansiyalarının sayı isə 1700-ün üzərindədir. Aparılan şəbəkə işlərinin nəticəsi olaraq 47 bölgə “Nar” 4G şəbəkəsi ilə əhatə olunub. “Nar” 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində 4G internetinin trafik həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 68 % artıb. Mobil operatorun 4G istifadəçilərinin sayı 150% artaraq, 500 min nəfəri ötüb.
“Nar”-ın göstərdiyi yüksəkkeyfiyyətli xidmət və sərfəli qiymət sayəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə aktiv abunəçi bazası 13% artaraq, 2,2 milyondan çox olub. Abunəçi bazasının 56%-i paytaxt Bakının, 44%-i isə regionların payına düşür. “Nar” abunəçiləri arasında smartfon iştifadəçilərinin sayı son 1 il ərzində 27% artıb. Ümumilikdə, mobil operatorun abunəçiləri arasında smartfon iştifadəçilərinin 38%-i regionların, 62%-i isə Bakının payına düşür.
“Azerfon”-un baş icraçı direktoru Qunnar Panke 2018-ci il ərzində “Nar”-ın əldə etdiyi nailiyyətləri və 2018-ci ilin yekunlarını yüksək qiymətləndirib: “Nar” olaraq əsas hədəfimiz paytaxtla yanaşı, regionlarımızda da şəbəkəmizi daha da gücləndirməkdir. Bu il 700–dən artıq 4G baza stansiyası quraşdırmağı hədəfləmişik. Bütün ölkə boyunca şəbəkəmizi gücləndirməklə, abunəçilərimizin tələblərinə uyğun məhsullar təklif etməklə bazarda payımızı 22% artırmağa nail olmuşuq”.
“Nar” ötən il ərzində satış üzrə də yüksək nailiyyətlər əldə edib. 2017-ci il ilə müqayisədə satış üzrə 17% artım müşahidə olunub. Mobil operator pərakəndə satış üzrə 22%, səyyar satış komanadasının yaradılması ilə ucqar kənd və ərazilərdə 171% artıma nail olub. Biznes tərəfdaşlarının sayını ildən-ilə sürətlə artıran mobil operator il ərzində 570-dən çox yeni korporativ şirkət cəlb edib.
“Nar”-ın müştərilərə göstərdiyi yüksəkkeyfiyyətli xidmət sayəsində müştəri məmnuniyyətində sürətli artım müşahidə olunub. Müstəqil araşdırma şirkətləri tərəfindən aparılan bir neçə sorğunun nəticəsinə əsasən, son 1 il ərzində “Nar” müştəri loyallığı indeksi üzrə 45% artım qeydə alınıb. Bundan başqa, son 1 il ərzində mobil internet məmnuniyyət göstəricisi üzrə 16% yüksəliş qeydə alınıb. Abunəçilərin fikrinə əsasən, “Nar” mobil internet sahəsində liderdir.
2018-ci il ərzində mobil operatorun təqdim etdiyi məhsullarla - “Nar TV”, “Nar MiFi”, “Nar Wi-Fi” ilə abunəçilər innovativ xidmətlərdən yararlanmaqla yanaşı, sərfəli qiymətə yüksəksürətli internetə çıxış əldə edib, xaricə səyahətə çıxan abunəçilər üçün yeni sərfəli rominq paketləri təqdim edib. Bundan başqa mobil operatorun təqdim etdiyi “Full” paketləri ilə abunəçilər ay ərzində topladıqları bonusları növbəti aylara keçirir və qalıq bonusların dəyişdirilməsi funksiyasından – “Çevir” xidmətindən yararlana bilirlər.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
5 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 7 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var


















