Vasif Talıbovdan icbari tibbi sığorta barədə Fərman
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 18-də Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
Fərman Muxtar Respublikada tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədi daşıyır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Fərmanla Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə inteqrasiyasının təmin olunması, onlarda informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə müvafiq proqram təminatının yaradılması, habelə həmin tibb müəssisələrinin yeni maliyyələşmə mexanizmləri əsasında 2020-ci ildən tam fəaliyyətə başlamasının təmin edilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin nümayəndəsinin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət komissiyanın yaradılmasını təmin etmək, fərmanda nəzərdə tutulan tapşırıqların icrasının təmin edilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq kömək göstərilməsini, onların müraciəti əsasında zəruri maliyyələşməni, normativ hüquqi aktların qəbulunu, habelə 2019-cu il ərzində malların (işlər və ya xidmətlərin) satın alınmasını təmin etmək və fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə icbari tibbi sığortaya daxil olan tibb müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarının tətbiq edilməsi ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etməli, “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq, muxtar respublikada icbari tibbi sığorta fondunun vəsaitinin idarə edilməsini və icbari tibbi sığorta üzrə sığortaolunan şəxslərə tibbi xidmətlərin həmin fondun vəsaiti hesabına göstərilməsini təmin etməli, 2020-ci ildən etibarən icbari tibbi sığorta sisteminin Naxçıvan Muxtar Respublikasının bütün ərazisində tətbiqinə imkan verəcək hazırlıq işlərini, o cümlədən icbari tibbi sığortanın məlumat bazasının yaradılmasını və dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin həmin məlumat bazasına inteqrasiyasını, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin informasiya resurslarının icbari tibbi sığortanın tətbiqini təmin edəcək hədlərdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin informasiya resurslarına inteqrasiyasını və qarşılıqlı məlumat mübadiləsinin tətbiqini, icbari tibbi sığortanın tam şəkildə həyata keçirilməsi üçün lazım olan normativ hüquqi aktların, o cümlədən tibbi protokolların və digər sənədlərin tətbiqini, icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlər zərfi və tibbi xidmətlərin tarifləri barədə təkliflərin hazırlanmasını və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edilməsini təmin edən tədbirlər görməli və fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Vergilər Nazirliyi “Tibbi sığorta haqqında” qanunda nəzərdə tutulan icbari tibbi sığorta üzrə sığorta haqlarının yığılmasına nəzarəti təmin etməli, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları icbari tibbi sığortanın tətbiqi, habelə “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanunundan irəli gələn məsələlərin Naxçıvan Muxtar Respublikasında həyata keçirilməsi ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq köməklik göstərilməsini təmin etməlidirlər.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
-
6 saat əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 7 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
1 gün əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycan neftinin son qiyməti
Bank Qarabağda ilk filialını açdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub



















.jpg)



.jpg)
