"İnvest-AZ”ın təşkilaltçılığı ilə seminar keçirilib
(®) Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi, "İnvest-AZ İnvestisiya Şirkəti” QSC və UNEC-in Karyera Mərkəzinin birgə təşkilaltçılığı ilə “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda seminar keçirilib.
Karyera Mərkəzinin direktoru Ramil Cabbarov ölkədə qeyri-neft sektorunun inkişafının prioritet seçildiyinə diqqət çəkərək, tələbələrə bu istiqamətdə daha çox bilik və bacarıqlara yiyələnmələrinin vacibliyini bildirib. O, keçirilən seminarın əhəmiyyətini vurğulayaraq, tələbələrə seminarda aktiv olmağı tövsiyə edib.
Sonra “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin baş mütəxəssisi Əli Hüseynli “Azərbaycan Maliyyə bazarları haqqında”, “İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin tədris üzrə meneceri Rövşən Məmmədov isə “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda təqdimatla çıxış ediblər.
Seminarda tələbələrə maliyyə bazarları, o cümlədən birjanın növləri, iştirakçıları, birjada ticarətin motivləri haqqında məlumat verilib. Eyni zamanda maliyyə aktivlərinin alış və satışından mənfəət əldə etmək imkanı, marjinal ticarət, kredit çiyni, metatrader 4 proqram təminatı, analitik təhlil üsulları barədə danışılıb.
Sonda tələbələrin sualları cavablandırılaraq, mövzular ətrafında müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır


















