VISA-dan Azərbaycan banklarına göstəriş
"VISA beynəlxalq ödəmə texnologiyaları şirkəti Azərbaycan banklarına bu ilin aprel ayından etibarən yalnız təmassız, yəni NFC texnologiyasına əsaslanan və bircə təmasla hesablaşmaq imkanı yaradan kartlar buraxmaq barədə göstəriş verib".
Bunu şirkətin Baş vitse-prezidenti, MDB və Cənub-Şərq Avropa ölkələri (CİSSEE) üzrə direktoru Vera Platonova bildirib.
“Təmassız texnologiyaların tətbiqi ödəmələr bazarının inkişafını şərtləndirən ümumdünya prosesdir. Azərbaycan əhalisinin hesablaşmaları mobil telefon, Apple Pay, Google Pay, online bank partmanatları vasitəsilə rahat yerinə yetirəcəkləri vaxtının gəlməsini necə səbirsizliklə gözlədiklərinin fərqindəyik. Belə ki, NFC üsullu bütün ödəmələrın əsaslandığı Visa Token Service texnologiyası rəqəmsal ödəmə xidmətləri təchizatçıları və banklar üçün müştərilərinə alış-verişlərini online və ya mobil telefon vasitəsilə təhlükəsiz üsulunu təklif etmək imkanını yaradır. Bunun daha tez bir zamanda baş verməsi üçün də infrastrukturun hazırlanması, əhalinin maliyyə savadının artırılması, ölkə qanunlarının elektron ödəmələr tətbiqinə uyğunlaşdırılması kimi məsələlər həll olunmalıdır. Ona görə də cari ilin aprel ayından etibarən bankların buraxdığı ödəmə kartlarının yalnız təmassız texnologiyaya əsaslanacağını nəzərdə tutan mandatımız qüvvəyə minib”, - “Visa” şirkətinin nümayəndəsi bildirib.
Qeyd edək ki, təmassız texnologiyanın tətbiqi istifadəçilərdə tezliklə vərdiş yaradır.
“Müşahidələrimizə görə, təmassız kartla hesablaşmağa başlayan insanın şüuru da dəyişir, yəni tez və asanlıqla ödəmə etməkdən ləzzət almağa başlayır ki, nəticədə bu üsulla ödəmələrin sayı xeyli artır. Bundan əlavə, təmassız kartlar bir neçə mühafizə dərəcəsilə təchiz olunub ki, bunlar arasında daxili təmassız çip, PİN kodu ilə təsdiqlənməyən təmassız köçürmələrə 50 manatlıq həddi, 4 santimetrlik məsafədə işləmək qabiliyyəti, nadir şifr sistemi sayəsində kartı saxtalaşdırmaq əslində qeyri-mümkün olur. Yəni təmassız kartın surətini çıxartmaq cəhdləri hələ ki qeydə alınmayıb”, – deyən VISA şirkətinin Baş vitse-prezidenti təhlükəsiz və rahat istifadə olunan təmassız kartların yeni tərəqqi mərhələsi olan mobil telefonla hesablaşmaların tətbiqinə yol açdığını diqqətə çatdırıb.
Azərbaycan və regionun başqa ölkələrinin bazarlarının yeni informasiya texnologiyalarına, o cümlədən smartfonların tətbiqinə açıq olduğunu dilə gətirən VISA nümayəndəsi bunun sayəsində hesablaşmaların plastik kartlardan mobil telefona keçməsinin tez bir zamanda başa gələcəyini qeyd edib: “Məncə, təqribən, 5 ildən sonra mobil telefonla ödəmələrin sayı plastik kartdakılarını xeyli üstələyəcək”, – deyən Vera Platonova Azərbaycanda təmassız kartlara keçid məsələsinə toxunaraq bəzi bankların kartları bir illik, bəziləri də beş illik müddətə buraxdıqlarını göstərib: “Yəni bu il beşillik kart buraxan banklar həmin müddətdə keçid dövrünə başladıqları halda, birillik kart buraxanlarda isə həmin proses xeyli tez başa gələcək”.
Mövcud bank infrastrukturunun yeniliyə hazırlığını, yəni terminalların təmassız kartları qəbul edib-etməmələrini də başqa bir mühüm məqam kimi dəyərləndirən müsahibimiz "hazırda Azərbaycandakı terminalların yarısına yaxını təmassız kartlarla ödəmələr aparmağa uyğundur" deyərək ölkədə 2022-ci ilədək bank kartlarının 80 faizə qədəri yeni nəsil kartlardan ibarət olacağını vurğulayıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)






.jpg)









