Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup
® AtaBank” ASC-nin dəstəyi ilə “GNI”, “PMD”, “AtaHolding”, “AFAM” və “Synergy” Şirkətlər Qrupunun əməkdaşları arasında Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan mini-futbol yarışının püşkatma mərasimi keçirilib.
“AtaBank” ASC-nin “Dostluq” filialının konfrans zalında təşkil edilən tədbirdə 12 komanda 3 qrupa bölünüb. Qruplarda 1-ci və 2-ci yerləri tutacaq, həmçinin 3-cü yerdə qərarlaşacaq ən yaxşı 2 komanda 1/4 finala vəsiqə qazanacaq. Bu mərhələnin qalibləri yarımfinal, 3-cü yer və final mərhələsində iştirak edəcəklər.
Qruplara və komandaların gücünə nəzər saldıqda, matçların kifayət qədər gərgin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq mümkündür. Bu siyahıda A qrupunu xüsusi vurğulamaq yerinə düşər. Ötən il titulunu təhvil verib, bürünc medalla kifayətlənən MXD “dördlüy”ün favoriti hesab edilsə də, işi heç də asan olmayacaq. Onları turnirin daimi iştirakçıları “Gobustone” və VTB ilə gərgin görüşlər gözləyir. MXD-nin əlinə qisas üçün gözəl şans da düşüb. Yarışın debütantı olan və həmişə biri-birlərindən “işləri keçən” GNİ da onlara rəqib olub. Müştəri Xidmətləri Departamenti bu səbəbdən bank sisteminə nəzarət edən komanda ilə görüşə xüsusi motivasiya ilə çıxacaq desək, yanılmarıq. Onların ən azı müştərilərin sözlərini rəqiblərinə meydanda “çatdıracaqlarını” da proqnozlaşdırmaq mümkündür.
B qrupunda “Synergy Group”, “First United”, “Cybernet” və “Region” komandaları növbəti mərhələ üçün yarışacaq. Ötən il finalda uduzan “Synergy Group”un rəqiblərinə başağrısı olacağı gözlənilir. Çünki son mövsümdəki “gümüş”ü “qızıl”a dəyişmək arzusunda olan komanda istəyini reallaşdırmaq üçün startda öz gücünü göstərməlidir. Amma digər klubların da sonadək döyüşəcəkləri sözsüzdür. Həmişə əzmkar oyunu ilə fərqlənən və son ildə də eyni qrupda yer alan “First United” və “Cybernet” də liderlik üçün meydana çıxacaq. “Region”un da sensasiya etməsi istisna deyil. Çünki ötən il bu komanda da “First United” və “Cybernet”lə eyni “dördlük”də yer almışdı və onların oyununa bələddirlər.
Yeddi dəfə keçirilən turnirin dördqat qalibi “No Name” isə son ildəki kimi, yenə C qrupundadır. Püşk bu dəfə də onların bəxtinə AFAM Group-u salıb. “Adsız komanda”nın digər rəqibləri isə “AtaSığorta” və debütant POLİQRAFAZ-dır. Qrup oyunlarının “No Name” üçün çətin keçəcəyi gözlənilmir. Çünki təcrübəlilərdən təşkil olunan komanda 8-ci dəfə baş tutan yarışın da əsas favoritlərindəndir. Bu səbəbdən onların rəqiblərinə böyükhesabla qalib gələcəkləri proqnozlaşdırılır. Digər komandalar isə növbəti mərhələ şanslarını arayacaqlar. Bu sırada “AtaSığorta”nın daha güclü olduğunu nəzərə alsaq, üçüncülük mübarizəsi AFAM Group-la POLİQRAFAZ arasında gedəcək.
A qrupu
MXD
“Gobustone”
VTB
GNİ
B qrupu
“Synergy Group”
“First United”
“Cybernet”
“Region”
C qrupu
“No Name”
AFAM Group
POLİQRAFAZ
“AtaSığorta”
1/4 final
1. A1 - C2
2. A2 - B2
3. C1 – B3/A3
4. B1 - A3/C3
1/2 final
1-ci cütünün qalibi – 3-cü cütünün qalibi
4-cü cütünün qalibi – 2-ci cütünün qalibi
Üçüncü yer uğrunda
Yarımfinalların məğlubları
FİNAL
Qeyd edək ki, çempionata aprelin 27-də start veriləcək. AzFar stadionunda (Tennis akademiyası ilə üzbəüz) təşkil olunacaq yarış AFFA-nın hakimlər briqadası tərəfindən idarə ediləcək.
Turnirdə çempiona 5000, 2-ci yeri tutacaq komandaya 4000, 3-cü pillənin sahibinə 3000 manat pul mükafatı veriləcək. Həmçinin turnirin ən yaxşıları da hədiyyəsiz qalmayacaqlar. Yarışın ən yaxşı oyunçusu, bombardiri və qapıçısı hərəyə 500 manatla mükafatlandırılacaq.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
7 d. əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
-
- 16 d. əvvəl
-
20 d. əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 48 d. əvvəl
-
57 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə



















